Azərbaycanlı aktrisa Cəmilə Tağızadə Təmiz hamiləliyinin 4-cü ayını yaşayır.
Tezliklə ana olmağa hazırlaşan Cəmilə övladı ilə birgə ilk fotosessiyasını etdirib. Fotokamera önünə keçən aktrisa iki fərqli libasda olub. Şəkillərin müəllifi Cəfər Yasifoğludur.
Tağızadə analıq hisslərindən də söz açıb. Aktrisa hələki övladının cinsiyyətini bilmədiyini qeyd edib:
“Nəhayət ki, evliliyimizin ikinci ilində körpəmiz oldu və ilk dəfədir ana olacağam. Sözün düzü çox həyəcanlıyam. Ümid edirəm ki, hər şey istədiyim kimi yaxşı keçəcək. Mən uşaqları çox sevirəm. Övladım olmasını çox istəyirdim. Şükür ki, Allah bizə övlad verdi. Sağ-salamat doğulsun. Hələ, cinsiyyətini öyrənməmişəm. Bizim üçün fərqi yoxdur”.
Qeyd edək ki, C.Tağızadə 2017-ci ilin sentyabrında Murad Təmiz adlı həkimlə ailə həyatı qurub. O, iki ildir Türkiyədə yaşayır.
///PrimeTime.az