Türkiyədə qəribə hadisə baş verib.
operativ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gölcükdə 48 yaşlı Gülgün Cantekin adlı qadın avtomobilində rəfiqələri ilə zarafatlaşarkən qəfil infarkt keçirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Gülgünün ölümü yaxınlarını yasa boğub.