22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 30.08.2019 189

"Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə "Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm". 

operativ24.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu qurumun prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlamasında deyib. 
 

Federasiya rəsmisi bildirib ki, ardıcıl 6-cı dəfədi ki – bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn "Qarabağ” azarkeşlərinə, ölkənin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır: "İllər öncə "Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra "Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, "Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridi. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. "Qarabağ” A qrupunda "Sevilya”, APOEL və "Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. "Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”. - deyə Abdullayev vurğulayıb

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" komandasını iki oyunun nəticəsinə əsasən üstələyib. Belfastdakı matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşsa da, Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında Ağdam klubu qalib gəlib - 2:1. Nəticədə "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün qrup mərhələsinə yüksəlib. Ölkə çempionu qrup mərhələsində "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) birgə A qrupuna düşüb.






Starxeber Bizi instagramda izləyin