Siyasət
8.11.2024
211
Milli Məclisin deputatı Mehriban Vəliyeva 44 saylı Sumqayıt üçüncü seçki dairəsində növbəti dəfə ərazi üzrə vətəndaş qəbulu keçirib.
“Xeber 7” məlumat verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət etdiblər.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi bildirilib.
Qeyd edək ki, bu görüş deputat Mehriban Vəliyevanın noyabr ayı üçün ilk vətəndaş qəbuldu.Növbəti vətəndaş qəbulu isə 27 noyabr tarixində YAP Sumqayıt şəhər təşkilatında baş tutacaq.