23:12 Dünya turizminin mərkəzi olan tarixi İstanbul  |     23:21 Mehriban Vəliyeva: 10 noyabr razılaşmasının arxasında üç faktor dayanır – Siyasi iradə, hərbi güc və milli birlik  |     21:40 Qazi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür  |     17:13 Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər  |     22:33 Qalib ölkənin cəsur döyüşçü İbrahim Paşayev  |     14:55 Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi -FOTO  |     14:53 Hava proqnozu açıqlandı - Sabahdan...  |     19:34 Elnarə Akimova seçicilərlə görüşüb  |     14:47 Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi  |     12:55 Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun  |     09:28 Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır  |     15:13 Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb  |     15:11 Deputat Mehriban Vəliyeva qəbul keçirdi - FOTO  |     11:34 Azay Quliyev: ”Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə müşahiyət olunur”  |     21:41 Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib  |     16:34 “Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”  |     16:11 Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu  |     13:02 ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR  |     18:40 “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi  |     15:28 Azay Quliyev: “Yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb”  |    
“Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”
Sosial 21.10.2024 324

“Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”

Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsın gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.
Bəxtiyar Vahabzadə
 
Keratopiqmentasiyanı – gözümüzə qədər gəlib çatan “tatuaj” hesab etmək olar.
Buynuz qişa döyməsi hesab edilən keratopiqmentasiya haqqında ilk qeydlərə qədim tibbi mətnlərdə rast gəlmək olar. Həkimlər buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə olan leykomanı maskalamaq üçün buynuz qişaya piqment yeritmək kimi primitiv üsullardan istifadə edirdilər. 19-cu əsrdə buynuz qişaya döymə üsulu daha populyarlaşdı və müxtəlif buynuz qişa qüsurları olan xəstələrin gözlərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə edildi. Həkimlər istənilən effekti əldə etmək üçün müxtəlif bitki və mineral piqmentlərdən istifadə edirdilər.
Düzdür, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişimi ilə müqayisədə az travmatikdir, ağrısızdır, əməliyyat gözlərin təbii rəngini tamamilə dəyişdirə bilər və geniş rəng seçiminə malikdir.
AMMA, rəngli buynuz qişa ilə göz qeyri-təbii görünür və protezə bənzəyir. Boyanın zamanla yuyula biləcəyini də nəzərə almağa dəyər, buna görə əlavə korreksiya tələb oluna bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmağınız qeyri – mümkündür.
Eyni zamanda aşağıda göstərilən müxtəlif növ ağırlaşmalar rast gələ bilər:
• Fotofobiya
• Buynuz qişanın deformasiyası
• Buynuz qişada yeni damarların əmələ gəlməsi
• Quru göz sindromu
• Gözdə yad cisim hissiyatı
• Buynuz qişanın infeksiyaları (baktaerial, virus, göbələk)
• Boyanın qeyri-bərabər paylanması
• Korluq
 
Uğurlu əməliyyat görmə itiliyinə və rəng qavrayışına pis təsir göstərməsə də, qaranlıqda bəbək genişləndikdə rənglənmiş buynuz qişa sahəsi optik sahəyə daxil olur və görmənin keyfiyyəti aşağı düşür. Bundan başqa keratopiqmentasiya bəbək genişlənərək göz dibinə baxılmasını çətinləşdirir.
Müxtəlif ölkələrdə edilən araşdırmalara görə, göz rəngini dəyişənlər arasında fotohəssaslıq ən çox görülən simptomdur. Bəzi rənglər isə tamamilə təhrif oluna bilər.
Bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı risklər barədə xəbərdarlıq edib. Mümkün fəsadlar arasında buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın artması, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər paylanması və gözə piqment sızması daxildir. Prosedur nisbətən yeni olduğundan və yaxşı tədqiq edilmədiyindən, gələcək təsirləri barədə məlumat yoxdur.
Bu risklərə görə, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə keratopiqmentasiya qadağandır. Bu ölkələrdə əməliyyatın risklərinin mümkün estetik faydalardan çox üstün olduğuna inanırlar.
Sosial şəbəkələrdə geniş vüsətdə keratopiqmentasiya barədə yayılan video çarxlardan ilham almış, tibbi təsəvvürü məhdud olan vətəndaşlarımızın qeyri-normal istəklərini həyata keçirən, maddi marağını vətəndaşın rifahından üstün tutan həkimlərə mürciətdən əvvəl bir qədər düşünürək, maariflənərək, sözün əsl mənasında mütəxəssis məsləhəti alaraq qərar verməyə çağırırıq sizləri!
Bu cür əməliyyatlar yalnız ekstremal hallarda istifadə edilməlidir!
Rəng dəyişimi üçün rəngli kontakt linzalar ən asan və təhlükəsiz yoldur. İstənilən rəngi əldə etməyə imkan verir. Linzaların istifadə rejiminə və qaydalarına əməl etsəniz, ağırlaşmalar və görmə itkisi riski olmayacaqdır. Bundan əlavə, istənilən vaxt təbii göz rənginizə qayıda bilərsiniz.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva 






Starxeber Bizi instagramda izləyin