23:12 Dünya turizminin mərkəzi olan tarixi İstanbul  |     23:21 Mehriban Vəliyeva: 10 noyabr razılaşmasının arxasında üç faktor dayanır – Siyasi iradə, hərbi güc və milli birlik  |     21:40 Qazi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür  |     17:13 Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər  |     22:33 Qalib ölkənin cəsur döyüşçü İbrahim Paşayev  |     14:55 Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi -FOTO  |     14:53 Hava proqnozu açıqlandı - Sabahdan...  |     19:34 Elnarə Akimova seçicilərlə görüşüb  |     14:47 Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi  |     12:55 Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun  |     09:28 Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır  |     15:13 Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb  |     15:11 Deputat Mehriban Vəliyeva qəbul keçirdi - FOTO  |     11:34 Azay Quliyev: ”Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə müşahiyət olunur”  |     21:41 Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib  |     16:34 “Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”  |     16:11 Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu  |     13:02 ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR  |     18:40 “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi  |     15:28 Azay Quliyev: “Yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb”  |    
COP29 dünyaya ekoloji saflıq təklif edir
Siyasət 8.10.2024 324


Bu gün ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bu baxımdan, təsadüfi deyil ki, ötən il Azərbaycan növbəti böyük uğuruna imza atdı və 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilməsinə dair qərar qəbul edildi.
Artıq COP29-un keçirilməsinə çox az vaxt qalır və demək olar ki, ölkəmiz tədbirin yüksək səviyyədə baş tutması üçün bütün təşkilatı işləri həyata keçirib. Azərbaycana təşriv buyuracaq bütün mütəxəssislər, ekspertlər, xarici dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, akamdemiklər, eko-fəallar, bütövlükdə mühüm qonaqların qəbul olunması prosesi planlaşdırılıb.
Bütün bu işlərin ərsəyə gəlməsinin kökündə Azərbaycanın 2020-ci ildə dünya siyasətində ədaləti bərqərar etməsi dayanır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərarlar Azərbaycan xalqı, Ordusu tərəfindən böyük hörmətlə qarşılandı və təkbaşına icra olundu, beləliklə də doğma Qarabağımızın 30 ilə yaxın davam edən işğalına 2020-ci ildə 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində son qoyuldu.
 Son dörd ildə işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi istiqamətində fəaliyyətimizi əzmlə davam etdiririk. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında Azərbaycan nəinki, ekoloji vəziyyəti yaxşılaşdırır, iqtisadiyyatın dekarbonizasiyasını həyata keçirir, ekoturizmi inkişaf etdirir, eyni zamanda yaşayış üçün ən müasir və böyük infrastruktur layihələrini həyata keçirir. Qısa müddətdə bu ərazilərin yeniləşməsi, bərpası, doğma yurdlarına qayıdan insanlarımızın rahat yaşaması, habelə təbii sərvətlərimizdən istifadə edə bilməmiz üçün artıq dövlət büdcəsindən 19 mlrd manata yaxın maliyyə vəsait xərclənib. 
23 sentyabr 2024-cü il tarixində yeni formalaşmış Azərbaycan Respublikasının VII çağırış Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev söylədiyi dolğun və məzmunlu nitqində bu gün ölkəmizin təbii sərvətlərinin artıq özü tərəfindən istifadə olunmasına toxundu. Xüsusilə də uzun illər Azərbaycan brendi olaraq bütün dünyaya səs salan “İstisu” termal su yatağının 30 ildən sonra Kəlbəcərdə Avropanın ən böyük şirkətlərinin texniki dəstəyi ilə qurulan su zavodunu vurğuladı: “Böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır.”
Qeyd edim ki, mütəxəssislərin də bildirdikləri kimi, heç bir mineral suda olmayan əvəzsiz, faydalı tərkibə malik “İstisu” insan sağlamlığına müsbət təsir edir. Dünyada mövcud termal-mineral suların içində insan orqanizminə faydalılığı ilə xüsusi seçilən “İstisu”, eyni zamanda mənəviyyat və insaniyyətə xeyirlidir.
 Bu baxımdan, “İstisu” artıq nəinki Azərbaycan xalqının süfrələrinə qayıtmışdır, eyni zamanda bütün dünya dövlətlərinin əhalisinin də istifadə edə bilməsi üçün tədbirlər görülür. Təsadüfi deyil ki, yenicə istifadəyə verilmiş “İstisu” zavodunun illik istehsal gücü bu gün 100 milyon şüşə butulkadan çoxdur. Bu isə istehsal olunan suların ixrac edilməsi üçün əlverişli zəmin yaradacaqdır.
Əlavə olaraq, “İstisu” ilə yanaşı, Azərbaycan “Sirab”, “Badamlı”, “Slavyanka” kimi tarixə malik mineral suları ilə də məşhurdur.
Beləliklə, illərdir qarşılaşdığımız ədalətsizlik, riyakarlıq, ikili standartlara baxmayaraq, Azərbaycan həttta öz təbii sərvətləri vasitəsilə sülhə, əmin-amanlığa, dünya xalqlarının birliyinə və heç kəsi geridə qoymayaq, hər bir insanın həyatı üçün zəruri olan nemətlərə əlçatanlığın təmin olunması üçün yorulmaz fəaliyyətini davam etdirir. 


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı






Starxeber Bizi instagramda izləyin