23:12 Dünya turizminin mərkəzi olan tarixi İstanbul  |     23:21 Mehriban Vəliyeva: 10 noyabr razılaşmasının arxasında üç faktor dayanır – Siyasi iradə, hərbi güc və milli birlik  |     21:40 Qazi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür  |     17:13 Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər  |     22:33 Qalib ölkənin cəsur döyüşçü İbrahim Paşayev  |     14:55 Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi -FOTO  |     14:53 Hava proqnozu açıqlandı - Sabahdan...  |     19:34 Elnarə Akimova seçicilərlə görüşüb  |     14:47 Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi  |     12:55 Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun  |     09:28 Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır  |     15:13 Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb  |     15:11 Deputat Mehriban Vəliyeva qəbul keçirdi - FOTO  |     11:34 Azay Quliyev: ”Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə müşahiyət olunur”  |     21:41 Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib  |     16:34 “Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”  |     16:11 Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu  |     13:02 ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR  |     18:40 “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi  |     15:28 Azay Quliyev: “Yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb”  |    
Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar
Sosial 20.09.2024 134

13 sentyabr tarixində Niderland Krallığının hökuməti tərəfindən hazırkı səlahiyyət müddəti üçün planlarını özündə əks etdirən proqram ictimaiyyətə təqdim olunub. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub.
Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları bununla bağlı etirazlarını bildiriblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətinin qərəzli mövqeyi barədə bəyanat yayıblar.
Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyi diqqətə çatdırılıb.
Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.






Starxeber Bizi instagramda izləyin