23:12 Dünya turizminin mərkəzi olan tarixi İstanbul  |     23:21 Mehriban Vəliyeva: 10 noyabr razılaşmasının arxasında üç faktor dayanır – Siyasi iradə, hərbi güc və milli birlik  |     21:40 Qazi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür  |     17:13 Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər  |     22:33 Qalib ölkənin cəsur döyüşçü İbrahim Paşayev  |     14:55 Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi -FOTO  |     14:53 Hava proqnozu açıqlandı - Sabahdan...  |     19:34 Elnarə Akimova seçicilərlə görüşüb  |     14:47 Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi  |     12:55 Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun  |     09:28 Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır  |     15:13 Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb  |     15:11 Deputat Mehriban Vəliyeva qəbul keçirdi - FOTO  |     11:34 Azay Quliyev: ”Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə müşahiyət olunur”  |     21:41 Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib  |     16:34 “Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”  |     16:11 Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu  |     13:02 ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR  |     18:40 “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi  |     15:28 Azay Quliyev: “Yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb”  |    
ABŞ mediasında soydaşımızın “Davamlı İnkişaf Naminə Azərbaycanın Dövlət-Özəl Sektor Tərəfdaşlığı” sərlövhəli məqaləsi nəşr olunub
Sosial 19.09.2024 187


ABŞ-də yaşayan soydaşımız, Corc Vaşinqton Azərbaycanlı Tələbə Assosiasiyasının həmtəsisçisi Kənan Məmmədovun ABŞ-nin “SDG Bilik Mərkəzi” jurnalında (SDG Knowledge Hub) “Davamlı İnkişaf Naminə Azərbaycanın Dövlət-Özəl Sektor Tərəfdaşlığı” adlı məqaləsi dərc olunub. 
Məqalədə Azərbaycanın enerji səmərəliliyinin artırılması və dayanıqlı nəqliyyat sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş dövlət-özəl tərəfdaşlıqlarını təşviq etməklə mühüm addımlar atdığı qeyd olunub. Bu təşəbbüsün ölkənin iqtisadiyyatını şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığını azaltmaq üzrə geniş strategiyanın bir hissəsi olduğu vurğulanıb. 
“Azərbaycan hökuməti binalarda enerji səmərəliliyinin artırılması istiqamətində fəal iş aparır. Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində ictimai binaların enerjiyə qənaət edən texnologiyalarla təchizi üçün həm texniki, həm də maliyyə yardımı alır. Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən açıqlanan yeni yol xəritəsində göstərilir ki, Azərbaycan 2040-cı ilə qədər 7 giqavattlıq dəniz külək enerjisi stansiyası qura bilər. Energetika Nazirliyi yaşayış və kommersiya binalarında bərpa olunan enerjidən istifadənin təşviqində fəallıq nümayiş etdirir. Diqqətəlayiq təşəbbüs Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin külək enerjisi üçün yol xəritəsinin hazırlanmasıdır. Bu, bərpa olunan enerjiyə, küləkdən potensial olaraq sahildə 135 GVt-a və dənizdə 157 GVt-a qədər enerji istehsalı layihəsinə, həm yerli, həm də xarici investisiyaların cəlbi məqsədi daşıyır”,- deyə məqalədə qeyd olunub. 
Müəllif məqalədə iyun ayında keçirilən Bakı Enerji Forumunda müzakirə olunan mövzulara da toxunub.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://sdg.iisd.org/commentary/generation-2030/azerbaijans-public-private-partnerships-for-sustainable-development/ 






Starxeber Bizi instagramda izləyin