20:49 PLASTİK CƏRRAHLARIN SERTİFİKAT DÜYÜNÜ: XAOS NƏYƏ XİDMƏT EDİR?  |     12:59 Turizmin beşiyi olan tarixi kəndlər  |     02:00 İranə Kərimova: ““Bəlkə də” filminin treyleri izləyəndə elə bilirlər ki...  |     09:39 İnanılmaz! Anar Nağılbaz ölümündən sonra...  |     15:57 “MOXO” diqqət testinin təqdimatı olub  |     15:32 Antalya turizminin tacı Belek – FOTOLAR  |     20:33 Bakıda "Netvorkinq" seminarı baş tutdu  |     13:59 Pakistanın səfiri Azərbaycana başsağlığı verib  |     16:12 Park Cinemada növbəti Qala Gecə baş tutacaq!  |     13:48 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib-FOTOAR-VİDEOLAR  |     23:06 Təhlükəsiz İnfokommunikasiya və İnformasiya Təhlükəsizliyinin Təmin Olunması (KİTX)  |     17:12 Azər Aydəmir evlilikdə hansı tendensiyası pislədi? –  |     11:42 “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır  |     17:15 Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır  |     15:30 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi - VİDEO  |     15:09 "Ganjavi Holding"in prezidenti Elşən Gəncəvi növbəti mukafata layiq görülüb-FOTOLAR  |     13:48 “Najafsoy Group” mukafata layiq görülüb-FOTOLAR  |     10:57 Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının illik ümumi iclası keçirilib  |     11:32 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     10:43 Türkiyənin incisi adlandırılan, dünyanın ən qədim şəhəri olan Van  |    
Oman mətbuatında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu haqqında məqalə dərc olunub
Sosial 17.09.2024 149

Oman Sultanlığında geniş oxucu kütləsinə malik olan Omanobserver.om saytında Bakıda baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu haqqında məqalə dərc olunub. 
Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə keçirilən Forumun Omandan olan iştirakçısı, “Royal Conservatory of Music and Art”ın həmtəsisçisi Dr. Səidə Xəlilovanın tədbirlə bağlı təəssüratları məqalədə əks olunub. 
Qeyd edilib ki, Forumun əsas məqsədi Azərbaycanın təhsil sektorunun inkişafı üzrə potensial təşəbbüslərin öyrənilməsi üçün aparıcı elm adamlarını bir araya gətirmək, eyni zamanda xaricdə yaşayan alim və akademiklər, təhsil alan tələbələr arasında əlaqələri gücləndirməkdir. Sentyabrın 9-dan başlayaraq 3 gün davam edən Forum çərçivəsində alimlərin Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinə səfərləri xüsusi vurğulanıb. Yeni fəaliyyətə başlamış Qarabağ Universiteti ilə gələcək əməkdaşlığın persperktivləri də məqalədə şərh olunub.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.omanobserver.om/article/1159155/oman/scholar-from-oman-shines-at-living-abroad-forum 






Starxeber Bizi instagramda izləyin