14:39 CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi  |     18:03 İstanbulun Şahzadələr Adalarında dincəlmək üçün istirahət yerlərini kəşf edin  |     17:18 Anadolu mətbəxi, mədəniyyətin dadlı ifadəsi  |     11:17 COP29 dünyaya ekoloji saflıq təklif edir  |     23:41 QHT sədri medalla təltif olundu  |     23:08 Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür  |     23:02 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib  |     13:18 Ülviyyə Cəlilzadə: "COP29-dan sonra Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır  |     14:47 Türkiyənin Egey dənizini populyar velosiped marşrutları ilə kəşf edin  |     17:03 Payız mövsümündə Türkiyə turizmi: kəşf ediləcək gözəlliklər və fəaliyyətlər  |     16:13 “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində  |     15:28 “Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib  |     14:50 Türkiyənin Qərbdən Şərqə ən yaxşı payız marşrutlarını kəşf edin  |     16:43 Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb  |     14:53 Keçmişin mədəni zənginliyi Türkiyədəki kəşflərlə üzə çıxır  |     14:46 Suveren Azərbaycanın yeni Parlamenti  |     23:11 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     22:13 Ermənistan Azərbaycana vurduğu maddi-mənəvi zərərə görə təzminat ödəməlidir – Millət vəkili  |     13:49 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq" - Nadir Alpaslan  |     12:23 Deputat: “Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”  |    
Qədim diyardan başlayan parlamentarizm ənənələri
Sosial 2.09.2024 113



 Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və qorunması məhz Naxçıvan şəhərindən, xalqına bağlı olan, azərbaycançılığı hər şeydən üstün tutan, Naxçıvan Muxtar Respublikasını blokada şəraitindən çıxaran Liderin qəti və yorulmaz fəaliyyətindən başlayıb.
Heç kəsə sirr deyil ki, 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsi ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.
Təəssüf ki, o zamankı hakimiyyətin fəaliyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
Yeni və bir o qədər də ağır ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması missiyasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev heç nədən qorxmayaraq öz üzərinə götürdü.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının xalq deputatı olaraq Heydər Əliyev Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyasına sədrlik etdi və həmin sessiyada Azərbaycanın müstəqilliyi, suverenliyinə hesablanmış tarixi qərarlar qəbul edildi. 
Məhz həmin tarixdə Ulu Öndər mənəviyyatımızı, milliliyimizi əks etdirən, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyası zamanı zala gətizdirərək, rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına nail oldu. 1991-ci il fevral ayının 5-də isə Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında qaldırılmış vəsatətə əsasən üçrəngli bayrağımız yenidən Dövlət bayrağı elan edildi.
Təsadüfi deyil ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Heydər Əliyev Ali Məclisin sədri seçildi. 
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyən Ümummilli Liderin sözləri öz təsdiqini əməli işdə tapdı. Müharibənin davam etdiyi, sosial-iqtisadi vəziyyətin kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü işlər sayəsində ilk növbədə Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional, beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Qonşu Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq, tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması görülən işlər fonunda xüsusi əhəmiyyət kəsb etdi.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi. Məhz o dövrlərdə parlamentarizm ənənələri Respublika səviyyəsində yeni nəfəs, yeni qüvvə almağa başladı. Qısa müddətdə sağlam siyasi mühit və mədəniyyət formalaşdırıldı.
Əsası Ümummilli Lider tərəfindən qoyulan ənənə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, bu gün Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.
Əminliklə deyə bilərik ki, qədim diyar Naxçıvandan başlayaraq aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. Bu gün müstəqil dövlətimiz yaşadıqca Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyalarını, Prezident İlham Əliyevin gələcəyə olan baxışını əks etdirən Azərbaycan Parlamenti və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini verəcəklər.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı






Starxeber Bizi instagramda izləyin