10:45 Nigar Arpadarai ötən gün Beynəlxalq Ticarət Palatasının rəsmisi  |     16:10 FAO-nun dəstəyi ilə Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir  |     15:46 Turistlərin sevimli məkanı Bozcaada: Üzüm yığımına qoşulun  |     12:18 "Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı  |     14:29 Elşən Gəncəvi Pərvin Kərimzadəni təbrik edib  |     14:19 İstanbulun simvolu əfsanəvi Qız qalası  |     14:09 Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər  |     14:07 Qədim diyardan başlayan parlamentarizm ənənələri  |     00:05 Deputatlığa namizəd Elşən Gəncəvinin ailə üzvləri səsvermədə iştirak ediblər  |     18:07 Deputatlığa namizəd Elşən Gəncəvi seçki məntəqələrində olub  |     23:03 “Biz özümüzü təqdim etdik, təqdir artıq seçicilərindir” – Elşən Gəncəvi (MÜSAHİBƏ)  |     21:30 Azay Quliyev seçki kampaniyasını belə başa vurdu – möhtəşəm yekun  |     18:48 Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti HƏBS EDİLDİ  |     12:14 “Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”  |     13:57 QHT liderləri Parlament seçkilərində - Aynur Zülfüqarova  |     13:39 Leyla Elman şəhid xanımları ilə görüşdü  |     13:14 Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub  |     12:41 Elşən Gəncəvi seçicilərlə dinləmə görüşünü keçirdi  |     00:28 Türkiyənin Şimali Egeydəki incisi Assos  |     00:26 Ölkənin tanınmış baş redaktorları Elşən Gəncəvinin namizədliyini dəstəkləyir - MÜSAHİBƏLƏR  |    
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zaqatalada birgə tədbir keçiriblər
Sosial 12.08.2024 193

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Zaqatala rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.


Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa dilənib.

Hərbi prokurorun böyük köməkçisi-mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev, polkovnik Müşviq Qəmxarov, eləcə də digər şəxslər tədbirdə çıxış ediblər.

Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar. Çıxışçılar, həmçinin ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.

Tədbirdə, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.






Starxeber Bizi instagramda izləyin