10:45 Nigar Arpadarai ötən gün Beynəlxalq Ticarət Palatasının rəsmisi  |     16:10 FAO-nun dəstəyi ilə Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir  |     15:46 Turistlərin sevimli məkanı Bozcaada: Üzüm yığımına qoşulun  |     12:18 "Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı  |     14:29 Elşən Gəncəvi Pərvin Kərimzadəni təbrik edib  |     14:19 İstanbulun simvolu əfsanəvi Qız qalası  |     14:09 Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər  |     14:07 Qədim diyardan başlayan parlamentarizm ənənələri  |     00:05 Deputatlığa namizəd Elşən Gəncəvinin ailə üzvləri səsvermədə iştirak ediblər  |     18:07 Deputatlığa namizəd Elşən Gəncəvi seçki məntəqələrində olub  |     23:03 “Biz özümüzü təqdim etdik, təqdir artıq seçicilərindir” – Elşən Gəncəvi (MÜSAHİBƏ)  |     21:30 Azay Quliyev seçki kampaniyasını belə başa vurdu – möhtəşəm yekun  |     18:48 Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti HƏBS EDİLDİ  |     12:14 “Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”  |     13:57 QHT liderləri Parlament seçkilərində - Aynur Zülfüqarova  |     13:39 Leyla Elman şəhid xanımları ilə görüşdü  |     13:14 Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub  |     12:41 Elşən Gəncəvi seçicilərlə dinləmə görüşünü keçirdi  |     00:28 Türkiyənin Şimali Egeydəki incisi Assos  |     00:26 Ölkənin tanınmış baş redaktorları Elşən Gəncəvinin namizədliyini dəstəkləyir - MÜSAHİBƏLƏR  |    
Elşən Gəncəvinin deputatlığa namizədliyi təsdiqlənib
Sosial 4.08.2024 210

İqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvinin deputatlığa namizədliyi təsdiqlənib.

İslahat.az xəbər verir ki, Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) 1 sentyabr 2024-cü il tarixində keçiriləcək 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.

Elşən Gəncəvinin namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.

Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Ganjavi Media”nın və "Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Public” və "Gəncəvi” jurnallarının təsisçisi, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.

Elşən Gəncəvi "Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Tükiyənin İstanbul şəhərində "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI” və "Turkey Exclusive Awards 2022” layihəsində "AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.

İslahat.az






Starxeber Bizi instagramda izləyin