13:55 Britaniyanın Azərbaycandakı Ticarət Palatası Innovasiyalara həsr olunmuş tədbir keçirdi  |     22:02 Mərakeş Kralı Trampa hücumdan sonra dəstək və həmrəyliyini ifadə edib  |     22:00 Azərbaycan və Mərakeş arasında viza tələbi ləğv edilib  |     17:52 “CineMastercard”da müharibə əlillərinin övladlarına unudulmaz hədiyyə  |     21:13 Təranə Paşayeva: “Ailə daxilində baş verən şiddət insanların psixoloji və fiziki dünyalarında çətin bərpa olacaq yaralar açır”  |     14:21 Miri Yusif: “Konsertdən sonra nəinki borcla, maddi və mənəvi baxımdan razı çıxıram”  |     18:31 “İMZA” İB-nin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib  |     18:48 Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır  |     16:46 “Yaşıl dünya naminə həmrəylik ili”ndə imkanlar kənd gənclərinə doğru  |     17:12 Afaq BƏƏ-dən niyə dərhal Bakıya gəldi? - Sensasion detal  |     15:49 İdmançılarımız “Naxçıvan-100” festivalında uğurla çıxış edib  |     15:48 Silahlı Qüvvələr gününə həsr olunmuş BJJ turniri  |     18:03 “Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO  |     18:00 Elşən Gəncəvi Tural Ələkbərova məxsus “Global Red Carpet 2024” konsepsiyasının iştirakçısı olub və “İş Adamı” olaraq mükafatlandırılıb  |     08:57 “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır  |     08:55 “CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib  |     14:43 Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçirildi  |     20:22 CineMastercard"da "Furiosa: Çılğın Maks Əfsanəsi" filminin premyeradan öncə nümayişi  |     22:28 Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi... Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?  |     22:26 Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü  |    
“Yaşıl dünya naminə həmrəylik ili”ndə imkanlar kənd gənclərinə doğru
Sosial 8.07.2024 191

“İmkanlar sənə doğru!” şüarı ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan Səyyar Gənclər Xidməti fəaliyyətinə qaldığı yerdən davam edir.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il Səyyar Gənclər Xidməti gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlib. 

Dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək məqsədi daşıyan layihə ilk olaraq Ağdaş rayonunda həyata keçirilib.

6-10 iyul 2024-cü il tarixləri aralığında Ağdaşın Qəsil kəndində baş tutacaq layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində ilk olaraq söz Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilova söz verilib. Daha sonra Ağdaş rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Aynur Novruzova rəsmiləri və gəncləri salamlayıb. Rəsmi hissə istedadlı gənclərin musiqili çıxışları ilə yekunlaşıb. 

Gənclərin ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də bir sıra tərəfdaş qurumların nümayəndələri ilə görüşləri təşkil edilib. Daha sonra gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.

Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün müxtəlif sahələr - robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib.

Qeyd edilənlərə əlavə olaraq, tədbir ərazisində STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.
 
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.
 






Starxeber Bizi instagramda izləyin