18:03 “Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO  |     18:00 Elşən Gəncəvi Tural Ələkbərova məxsus “Global Red Carpet 2024” konsepsiyasının iştirakçısı olub və “İş Adamı” olaraq mükafatlandırılıb  |     08:57 “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır  |     08:55 “CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib  |     14:43 Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçirildi  |     20:22 CineMastercard"da "Furiosa: Çılğın Maks Əfsanəsi" filminin premyeradan öncə nümayişi  |     22:28 Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi... Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?  |     22:26 Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü  |     00:13 Elşən Gəncəvi “Azərbaycan Brendi 2024” mükafatına (Brand of Azerbaijan Awards 2024) mükafatına layiq görülüb  |     14:59 Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb  |     18:51 Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı  |     11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |    
“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO
Sosial 7.06.2024 308

"Amburan Mall" ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən "CineMastercard" premium kinoteatrında yay mövsümünün açıq səma altında təntənəli açılışı və Amerika istehsalı olan "Pis oğlanlar: Sonacan" filminin premyeradan öncə nümayişi baş tutdu. Axırıncı hissə "Pis oğlanlar" franşizasının dördüncü hissəsi və "Pis oğlanlar: Əbədi" (2020) filminin davamıdır.


Franşizanın ilk hissəsi 1995-ci ildə ekran üzü gördü. Bu müddət ərzində film döyüş komediyaları arasında klassik olmağı bacardı.

Detektiv partnyorların əsas rollarını yenə Uill Smit və Martin Lourens canlandırıblar.

Rejissorlar: Adil El Arbi, Bilal Fallah.

Film haqqında qısaca: Bir gün oğlanlar xəbərlərdə korrupsiyada və narkotik kartelləri ilə əlaqədə olduğu iddia edilən mərhum kapitan Konrad Hovarda qarşı ciddi ittiham eşidirlər. Ölümündən əvvəl çəkilmiş video bunun yalan olduğunu təsdiqləyir, və burada Hovard qatillərini tapmağa və ləkələnmiş şərəfini bərpa etməyə çağırır. Polislər keçmiş yoldaşın çağırışına cavab verməyə hazırdır, lakin bununla özlərini də təhlükəli vəziyyətə salırlar.

Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

Rəqs qrupunun polis geyimində çıxışı və DJ-in parlaq işıq şousu gecəyə xüsusi əhval-ruhiyyə bəxş edib.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır. 







Starxeber Bizi instagramda izləyin