18:03 “Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO  |     18:00 Elşən Gəncəvi Tural Ələkbərova məxsus “Global Red Carpet 2024” konsepsiyasının iştirakçısı olub və “İş Adamı” olaraq mükafatlandırılıb  |     08:57 “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır  |     08:55 “CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib  |     14:43 Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçirildi  |     20:22 CineMastercard"da "Furiosa: Çılğın Maks Əfsanəsi" filminin premyeradan öncə nümayişi  |     22:28 Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi... Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?  |     22:26 Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü  |     00:13 Elşən Gəncəvi “Azərbaycan Brendi 2024” mükafatına (Brand of Azerbaijan Awards 2024) mükafatına layiq görülüb  |     14:59 Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb  |     18:51 Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı  |     11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |    
Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçirildi
Sosial 30.05.2024 173



Operativ24 xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində Kapadokya Mərkəzində dövlət qurumlarına təlim təşkil olunub.

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. Bildirib ki, təlimi peşəkar təlimçi Etika Akademiyasının təsisçisi və direktoru Günel İbrahim keçib. “Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınmasına, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.

Təlimdə dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlim, praktiki təlimat, onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən belə şəxslərə qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı maarifləndirmə aparılıb.

Təlim birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi kimi sahələri əhatə edib.

Günel İbrahim dövlət qurumlarına – sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrinə diqqət çəkib.

Təlimdən sonra iştirakçılara sertifikat təqdim olunub. Xatirə şəkili çəkilib.

Xatırladaq ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. İcra müddəti 36 ay nəzərdə tutulub.






Starxeber Bizi instagramda izləyin