18:03 “Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO  |     18:00 Elşən Gəncəvi Tural Ələkbərova məxsus “Global Red Carpet 2024” konsepsiyasının iştirakçısı olub və “İş Adamı” olaraq mükafatlandırılıb  |     08:57 “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır  |     08:55 “CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib  |     14:43 Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçirildi  |     20:22 CineMastercard"da "Furiosa: Çılğın Maks Əfsanəsi" filminin premyeradan öncə nümayişi  |     22:28 Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi... Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?  |     22:26 Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü  |     00:13 Elşən Gəncəvi “Azərbaycan Brendi 2024” mükafatına (Brand of Azerbaijan Awards 2024) mükafatına layiq görülüb  |     14:59 Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb  |     18:51 Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı  |     11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |    
CineMastercard"da "Furiosa: Çılğın Maks Əfsanəsi" filminin premyeradan öncə nümayişi
Sosial 28.05.2024 208


"28 Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında "Furiosa: Çılğın Maks Əfsanəsi" fantastik döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Maks haqqında ilk film 1979-cu ildə çəkilib və kassada öz büdcəsindən 286 dəfə çox gəlir gətirib.

 
Filmin premyerası Kann kinofestivalında müsabiqədənkənar baş tutub.
 
Filmin rejissoru Corc Millerdır. Baş rolu Ani Teylor-Coy, Kris Hemsvort isə mənfi personajlardan birini canlandırıb.
 
Film haqqında qısaca: "Sivilizasiyanın süqutundan 45 il keçir. Ailəsi ilə birlikdə "Min Ananın Yaşıl Torpaqlarında" yaşayan gənc Furiosa, sərkərdə Dementusun başçılıq etdiyi Dağ Baykerləri tərəfindən qaçırılır. Çöllük ərazini keçərək, dəstə qalanı idarə edən Ölümsüz Coyun ordusu ilə qarşılaşır".
 
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların sahibkarları dəvət olunublar.
 
Tədbirin təşkilində "MADO" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Carlsberg Azerbaijan", "Portal Games" və "Red Bull" dəstək göstəriblər.
 
Tədbir filmin "ScreenX" formatında nümayişi ilə başa çatıb.
 
İlin ən gözlənilən filmlərindən biri mayın 23-dən etibarən "CineMastercard" kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. Həmçinin, "Furiosa: Çılğın Maks Əfsanəsi" filmini ən son "4DX" və "ScreenX" texnologiyaları ilə "CineMastercard" kinoteatrlarında izləmək olar.













Starxeber Bizi instagramda izləyin