13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”
Sosial 1.02.2024 150

Bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.



O qeyd edib ki, dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir. Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyini nəzərə alsaq, bu tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yaranıb. 

“Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Bu qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiya prosesinin tətbiqidir”.
 
Q.Həsənovanın sözlərinə görə, ölkəmizdə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib. 

“Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2024-cü il tarixli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək”.






Starxeber Bizi instagramda izləyin