13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov
Sosial 10.01.2024 167


Tibb elmləri doktoru, professor, Mərkəzi Neftçilər Xəstəxanasının əfsanəvi baş həkimi Əməkdar həkim Fəxrəddin Cavadovun vəfatından 15 il ötür. 

İş həyatında Təcili Tibbi Yardım stansiyasında səyyar həkim pilləsindən başlayaraq Azərbaycan Respublikası Səhiyyə naziri səviyyəsinədək yüksələrək bütün müvafiq vəzifələrdə çalışmışdır.

Tanınmış alim, ictimai və dövlət xadimi, istedadlı həkim Fəxrəddin Cavadov Azərbaycan tibb elminin inkişafına böyük töhfələr vermişdir.
O, Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirməyə nail olmuşdur. Onun mənalı ömür yolu, səhiyyə sahəsindəki əvəzsiz xidmətləri, qazandığı elmi nailiyyətlər bu gün də bu sahədə çalışanlar üçün əsl yol xəritəsidir. 
Fəxrəddin Cavadov onu tanıyanların, o cümlədən dostlarının xatirəsində daim böyük ürəkli insan, bir möcüzə, müasir səhiyyəmizin parlaq siması, Azərbaycan səhiyyəsinin nəhəng və fədakar təşkilatçısı və islahatçısı kimi qalacaqdır. Dostlarının onun barəsində söylədikləri “O, Azərbaycan həkiminə inamı qaytardı”, “Bir böyük ürək”, “Qətiyyətli, həyatsevər, gələcəyə nikbin baxışları ilə seçilən insan”, “O, çətin və fövqəladə günlərin qəhrəmanıdır!”, “O, yaşatmaq üçün yaşayırdı” və bu kimi digər fikirlər onun öz peşəsinə sadiqliyinin, necə peşəkar həkim olmasının, xalqa xidməti hər şeydən üstün tutmasının, insanları necə çox sevməsinin bariz ifadəsidir. 
F.Cavadovun çıxışlarında səsləndirdiyi “Biz öz ölkəmizdə şəfa tapmalıyıq”, “Cəmiyyətə, xalqa, dövlətə fayda gətirməyən insanın həyatı mənasızdır” sözləri onun həyat amalını çox sevdiyi ölkəsinə, xalqına xidmətdə gördüyünü əyani şəkildə göstərir.  
Çıxışlarının birində cənab Prezidentin bölgələrə səfərləri zamanı müalicə-diaqnostika mərkəzləri və xəstəxana binalarının təməlqoyma, sonra isə onların açılış mərasimlərində iştirak etdiyini xatırladan həkim-alim bildirmişdi: “Mən tam məsuliyyətlə deyirəm ki, 70 illik sovet quruluşunda belə şey olmamışdır. Azərbaycan səhiyyəsindəki bu sıçrayış, inkişaf əsl inqilabdır!”. 
Görkəmli alimin fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə F.Cavadov “Tərəqqi” və digər medallarla təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.
Tibb elminin inkişafındakı xidmətlərinə görə o, həmçinin “Qızıl ürək” ordeni (ölümündən sonra) ilə təltif olunmuşdur. 
Xatırladaq ki, 2009-cu il yanvarın 9-da 57 yaşında vəfat edən Fəxrəddin Gülmirzə oğlu Cavadovun həyat yolu və fəaliyyəti əbədiləşdirilib, onun xatirəsinə “Bir sağlam ürək”, “Ürək dostu”, “Yaşamaq gözəldir, yaşatmaq da…!” və “Sənsiz - Səninlə” sənədli filmləri çəkilib.
Bütün bunlar göstərir ki, tanınmış alimin parlaq xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq, onun yetişdirdiyi perspektivli gənc kadrlar Azərbaycan səhiyyəsinə, uca xalqımıza bundan sonra hələ uzun müddət xidmət edəcəklər.






Starxeber Bizi instagramda izləyin