13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
"Xəyanətə yox" filminin qala gecəsi keçirilib
Sosial 28.12.2023 192

Romantik komediya janrında çəkilən "Xəyanətə yox" filminin qala gecəsi keçirilib.


Xalq artistləri Həmidə Ömərova, Sabir Məmmədov, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt, məşhur aparıcı Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev və başqalarının rol aldığı ekran işinin nümayişinə media nümayəndələri, tanınmış sənət adamları qatılıblar.

Komediya janrında çəkilmiş filmdə tamaşaçılara maraqlı, gülməli səhnələrlə yanaşı sosial mesajlar da yerində çatdırılıb. Filmin sonunda aktyor və heyyəti ayaqüstə alqışlanıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Toy günündə hamı ekranlarda bəylə gəlinin "Love Story" ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir - birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib "Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!" sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək.

"Xəyanətə yox" filmini şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.






Starxeber Bizi instagramda izləyin