13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
Vətəndaş cinayət işinin istintaqında pozuntulara yol verildiyini bildirir
Sosial 26.12.2023 196

Bakı şəhəri, Binəqədi qəsəbəsi, III mədən, korpus 124-də yaşayan Həsənov Ramil Cavanşir oğlu saytımızın elektron poçt ünvanına şikayət məktubu göndərib.


Şikayətçi məktubunda hüquqlarının pozulduğunu, haqqında başladılan cinayət işinin istintaqında kobud prosessual pozuntulara yol verildiyini bildirib.

Şikayətçi bildirir ki, məhkəmədə aşkar və kobud prosessual pozuntuların aradan qaldırılması tələbi ilə vəsatət qaldırsa da, verdiyi vəsatət rədd edilib və iş məhkəmə baxışına təyin edilib.

Hər yerdən əli üzüldüyünü bildirən şikayətçi son çarə kimi redaksiyamıza məktub göndərərək aidiyyatı orqanlardan kömək istəyib.

Məktubu olduğu kimi təqdim edir:

"Hörmətli redaksiya!
Qurani Kərimin Bəqərə surəsinin 191-ci ayəsində deyilir ki, fitnə qətldən də şiddətlidir.
Göründüyü kimi mən fitnəyə ürcah olmuşam. Hüquq mühafizə orqanları isə fitnəkarın-rüşvətin yanında yer alırlar. 
Ümid edirəm ki, mənim vəsatətimi də əlavə etdiyim bu müraciəti işıqlandıracaq və ictimayyətin və hüquq müdafiəçilərinin diqqətinə çatmasında mənə yardımçı olacaqsınız.




Binəqədi Rayon  Məhkəməsinə
Hakim: Fərid Əmirəliyev

CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs: 
Həsənov Ramil Cavanşir  oğlu tərəfindən
Əlaqə Tel.: (050) 797-08-28


CPM-nin tələblərinin pozulması barədə

VƏSATƏT

(CPM-nin 9.2-ci və 299.3.2-ci maddələrinə uyğun olaraq)

Möhtərəm hakim!


Qısa arayış olaraq bildirim ki, bizim  əmilərimlə Binəqədi qəsəbəsində şərikli geniş torpaq sahəmiz olmuşdur. Həmin torpaq sahəsini bütövlükdə ələ kerçirmək məqsədi ilə üçüncü dəfədir ki, qanundan qisas aləti kimi istifadə edirlər. 2018-ci ildə mənim həbsimə nail olduqdan sonra mənim həyətimdə bibim oğlu Niyaməddinə villa tikmişlər.


Hadisə olan günü Şəmsəddin, Nurəddin və digərləri mənim evimə hücum etmiş və qapı və pəncərəni müxtəlif silah qismində istifadə etdikləri əşyalarla döyəcləmişlər. 


Bu zaman övladlarımın “ata, gəlib bizi öldürəcəklər!” fəryadını yatırmaq üçün 102 zəng mərkəzinə zəng etmiş və məlumat vermişəm. Yalnız bundan sonra uşaqlara “narahat olmayın, indi polis gələcək” deməklə sakitləşdirmişəm. 

 Odur ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə bu vəsatəti  Sizə təqdim edirəm.
CPM-nin 299.3.2-ci maddəsinə əsasən, 
“hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına baxılır”.
Nəzərinizə çatdırıram ki, ibtidai araşdırma zamanı CPM-nin aşağıdakı tələbləri pozulub:

1. CPM-nin 121.2-ci maddəsinin tələbləri pozulub. Həmin maddəyə əsasən, 
“cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatət rədd edilə bilməz”. Lakin vəsatətlərimin qəbulundan da imtina edilib.  Bu tələbə əməl edilmədən rədd edilib: mənim əleyhimə ifadə vermiş şahidlərlə üzləşməm keçirilməyib, zəruri istintaq eksperimenti keçirilməyib və.s.

2. CPM-nin 268.1-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməyib, mənim hüquqlarım pozulub. Belə ki, ekspertizanın təyin edilməsi barədə qərarlar mənə tanış edilməyib, İttiham Aktı təqdim edilməyib.


Ona görə də CPM-nin 268.1-ci maddəsində nəzərdə tutulan hüquqlarımdan istifadə edə bilməmişəm.
3. Müstəntiq iş üzrə qəbul edilən qərarların heç birini mənə təqdim etməyib.
 CPM-nin 287.3-cü maddəsində nəzərdə tutulan “Müstəntiqin qərarlarından 48 saat müddətində prokurora şikayət vermək” hüququm pozulub. 
Mənim vaxtında Binəqədi rayon Prokuroruna verdiyim şikayətlərə də baxılmadan iş məhkəməyə göndərilib ki, bu da mənim müdafiə hüquqlarımın pozulmasıdır. 
4. CPM-nin 8.0.3-cü maddəsinin tələbləri: “bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq” vəzifəsi pozulub. Hadisənin yeri düzgün dəqiqləşdirilməyib. İttiham Aktında bir yerdə hadisənin həyətdə, digər yerdə isə evdə baş verməsi qeyd edilib. Məndə olan və iş üzrə əhəmiyyətli halları özündə əks etdirən audio, video və foto fayllar işə əlavə edilməyib və bu da, eyni zamanda, CPM-nin 10.1-ci maddəsinin pozulması ilə nəticələnib. 
CPM-nin 10.5-ci maddəsinə əsasən isə, 
“Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur”. CPM-nin müddəalarına “ciddi əməl edilməyib” (CPM- 10.1).
5. CPM-nin 12.4-cü maddəsinin tələbləri pozulub. Həmin maddəyə əsasən, 
“prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər”. 
Mənim AR Konstitusiyasının 28-ci maddəsinin II hissəsində və CPM-nin 14.1 və 14.2-ci maddələrinin nəzərdə tutulan AZADLIQ HÜQUQUM pozulub. 
Bir gecə səhərədək 43-cü Polis Bölməsində ayaq üstə saxlanılmışam. Verdiyim izahatı da pəncərənin “padokoynikində” yazmalı olmuşam.
6. Şikayətimdə göstərdiyim qanun pozuntuları obyektiv araşdırılmayıb və CPM-nin 220.3-cü maddəsinin tələbləri pozulub.

CPM-nin 220.3-cü maddəsinə əsasən, 
“220.1. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə, istintaq hərəkətlərinin aparılmasında iştirak edən digər şəxslərə onların hüquq və vəzifələrini, 
habelə üzərlərinə qoyulmuş vəzifələrin icra edilməməsinin nəticələrini izah etməlidir.
220.2. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır.
220.3. Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz.


220.4. Yazılı və şifahi vəsatətlərə müstəntiq və ya təhqiqatçı tərəfindən daxil olduğu vaxtdan 5 (beş) gündən artıq olmayan müddətdə baxılmalıdır.
220.5. Vəsatətlərin təmin edilməsinin və ya tam, yaxud qismən rədd edilməsi haqqında müstəntiq və ya təhqiqatçı əsaslandırılmış qərar çıxarmalı və bu qərarı dərhal vəsatəti qaldırmış şəxsə göndərməlidir”.
 
Qeyd edilən maddədə nəzərdə tutlan hüquqlarım pozulmuşdur.
Eyni zamanda Nurəddin Yusifovun xəsarət dərəcəsi az ağır hesab edildiyinə görə ona uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tətbiqi nəzərdə tutulur. 
Bu məddə böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218.2.1-ci maddəsinə əsasən iki ay müddətində araşdırılması başa çatmalı idi.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218.2-ci maddəsinə əsasən,
“ Cinayət işi üzrə istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır:
218.2.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə- cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra”.
İttiham Aktında qeyd edilib ki, 13.07.2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən, dayandırılmış və 30.10.2023-cü il tarixdə icraat təzələnərək istintaqı davam etdirilmişdir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən,
“53.1.1. Cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı hallarda dayandırıla bilər”.
Nəzərinizə çatdırıram ki, hadisə baş verən gün mən saxlanılaraq 43-cü Polis Bölməsinə aparılmışam və orada tərəfimdən Ərizə və izahat yazılaraq təhqiqatçıya təqdim edilmişdir. 
İzahatımda əmimlə dalaşdığımı etiraf etmişəm. 
Sual yaranır: Görəsən təqsirləndilən şəxsi niyə müəyyən etmək mümkün olmayıb və necə birdən-birə təqsirləndirilən şəxs müəyyən edilə bilib?!
Hesab edirəm ki, müstəntiq polis moyoru Musayev Emin Əsədulla oğlu şahid qismində dəvət edilməli və bu qəbildən olan suallara cavab verməlidir.
Əslində isə, zəbt edilmiş və 100 000 (yüz min) manata satılmış torpaq sahəsində 7 (yeddi) ədəd ev tikilmiş və bu evlərin tikintisinin başa çatması üçün bu qədər vaxt tələb olunmuşdur.
Hadisədən keçən dövr ərzində isə zərərçəkən qohumlarım vasitəsi ilə şikayətini geri götürdüyünü bildirmiş və mənim də şikayət etməməyimə nail olmuşdur. 
Bütün bu xüsusatlara, kriminalistikanın qızıl qanunu “Cui Bono?”, “kimə sərf edərdi?” çox dəqiqliklə cavab verir.

Ancaq, göründüyü kimi uydurma  səbəblərdən hazırkı işin ibtidai istintaqı 9 ay uzanmışdır.
Göründüyü kimi, polis faktiki olaraq qanunla üzərinə qoyulan vəzifəni lazımınca icra etməmişdir.
Eyni zamanda, rəsmi müraciət edərək ailəmin və özümün təhlükəsizliyinin  təmin edilməsini xahiş etsəm də, bu istiqamətdə də polis heç bir hərəkət etməmişdir.
7. CPM-nin 8.0.3-cü maddəsinin tələbləri pozulub. 
Həmin maddəyə əsasən, cinayət mühakimə  icraatının vəzifələrindən biri də, “cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdır”. CPM-nin 8.0.4-cü maddəsinin də tələbi (cinayət törətmiş şəxsləri (təhrikçi, təşkilatçı və iştirakçılar) ifşa və cinayət məsuliyyətinə cəlb etmək) pozulub.
 Belə ki, hazırkı zərərçəkən məni müxtəlif vaxtlarda döyüb və mən ona əl qaldırmamışam. İndiki cinayət işi üzrə də mən ona xəsarət yetirməmişəm. 
Aldığı tibbi rəy də gerçəkliyi əks etdirmir. Göstərilən ekspert rəyi cavablardan çox suallar doğurur. Belə ki, Nurəddin Yusifov hadisə yerindən yüngül bir sıyrıqla getmiş, ancaq ekspert rəyində 2kv.s sahədə 7-8 cür xəsarətlər qeyd edilmişdir. 
1.    Bu xəsarətlər özü-özlüyündə birlikdə mövcud ola bilməzlər.

2.    “blow out” ifadəsinin hərfi mənası “blow”- “üfürmək”, “ out”- “çölə doğru” deməkdir. Deməli, söhbət üfürülməkdən- şişməkdən gedir. Ancaq ekspert bilərəkdən bu tibbi termini təhrif edərək bu ifadəni “sınığı” kimi yazmışdır.
3.    Ümumilikdə sadalanan xəsarətlərin 2 kv.s sahədə hansı cür zərbələrin nəticəsində yaranmağı da xeyli tibbi və məntiqi suallar doğurur.
Həmin rəydə zərbələrin sayı, istiqaməti, xəsarətlərin yaranma mexanizmi, xarakteri göstərilməmişdir. Həmçinin zərərçəkənin ifadəsində göstərdiyi bədəninin müxtəlif nahiyələrinə zərbələrin endirilməsini təsdiq edən hallar da aşkar edilməmişdir. 
Burda qanunauyğun bir sual yaranır: zərbələr hansı istiqamətdən, hansı bucaq altında, nə ilə və necə yetirilə bilər ki, sümük qırıqları çölə doğru yer dəyişə bilsin? Onu da nəzərinizə çatdırım ki, hazırkı iş üzrə kriminalistik araşdırmalar “gözdən pərdə asmaq xatirinə” aparılmış, kriminoloji araşdırmalr isə ümumiyytlə aparılmamışdır.
Belə ki, zərəçəkənə verilmiş tibbi rəy özü-özlüyündə xeyli suallar doğurmaqla yanaşı, müasir elmi biliklərin-ekspertizaların keçirilməsinin təmin edilməməsi də abuna bariz nümunədir.
Belə ki, ötən əsrin 20-ci illərindən cinayət işlərinin istintaqında mikrohissəciklərin ekspretizası geniş tətbiq ediləməyə başlamışdır. 1920-ci ildə fransız kimyaçısı Lakar orqanik, mineral tozların, həmçinin metal mikrohhissəciklərin, misdən polada, hətta, təbiətdə çox nadir rast gəlinən metallaradək olan maddələrin siyahısını tərtib etmişdir.
Başqa sözlə, meyid və canlı insan bədəni, eləcə də digər cansız əşyalar üzərində olan xəsarət və izlərin hansı tərkibli əşyaların tətbiqi nəticəsində törədildiyini dəqiqliklə müəyyən etmək mümkündür. İstintaq dövründə dəfələrlə belə ekspertizaların keçirilməsini tələb etsəm də mənim vəsatətlərimin qəbulundan imtina edilib.  


Hadisə olan gecə saat iki radələrində zərəçəkən özü polis bölməsinə gəlmiş və bir saatdan artıq vaxta təhqiqatçının otağında olmuşdur. Bir gün də olsun stasionar müalicə almamışdır.
Həmin rəy barəsində Binəqədi rayon prokuroruna etdiyim yazılı şikayətə də baxılmayıb.
Özü də zərəçəkən hadisədən bir neçə ay əvvəl qonşum Niyaməddini və onun həyat yoldaşını məni şərləməyə təhrik edib. Onlar imtina etdikdə isə Niyaməddinin həyat yoldaşını şantaj etməyə başlayıb. 
Bütün bu xüsusatları təsdiq edə biləcək dəlillər və şahidlər var.
Ancaq ibtidai istintaq yalnız Nurəddin Yusifovun təqdim etdiyi şahidləri dindirib.
Onu da qeyd etməyi zəruri hesab edirəm ki, İttiham Aktında zərərçəkmişin anket məlumatları da tamamilə yalnışdır. 
İttiham Aktında zərəçəkmiş şəxsi səciyələndirilən hallarda onun: evli, orta təhsilli, təqaüdçü olduğu qeyd edilmişdir ki, bunların hamısı gerçəkliyi əks etdirməyən yalan məlumatlardır. 
Onun iki nikahı birlikdə bir il belə çəkməmişdir. O 20 ildən artıqdır ki, ya tək, ya da qohumların evində yaşayır. Son bir neçə ili hadisənin yeganə şahidi, Niyaməddinin atası, bibimin əri Soltan Şükürovun evində onun ailəsi ilə birlikdə yaşayır. Ali təhsilli hüquqşünasdır. Zərəçəkən 2 ildə iki dəfə polis orqanlarına daxil edilib və hər dəfə xidməti uyğunsuzluqla orqandan xaric edilib. Əvvəllər cinayət axtarışında əməliyyat müvəkkili vəzifəsində işləyib. Uzun illərdir heç yerdə işləmir. Təqaüdçü də deyildir. Əsasən tək yaşayır. Ətrafında olan bütün insanlarla, o cümlədən qonşularla münaqişəsi olmuşdur.
Bütün bu məlumatları təhqiqatçı və müstəntiqə bildirməyimə baxmayarq aşkar yalan olan məlumatlar İttiham Aktına daxil edilmişdir. 
Bilərəkdən yalan məlumatları niyə İttiham Aktına daxil etdiyi sualı da müstəntiqdən soruşulmalıdır.
Ən əsası isə, zərəçəkənə istintaq dövründə Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə rəsmi xəbərdarlıq edilmişdir. 
Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən, 
“297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya  altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Göründüyü kimi zərəçəkən bilərəkdən yalan məlumatlar vermişdir.
Onda belə bir məntiqi sual yaranır: Niyə zərəçəkən yalan məlumat verir və onun məqsədi nədir?
Əmin olduğum cavab isə belədir: Bu adam təxribatın şairidir. Adətən o qurbanlarına başqalarının hücumunu təşkil etmək və sonra prosesi idarə etməklə məşğul olur. Bunu bildiyimdən mən 3-4 il ərzində onun mənə qurmuş olduğu bütün tələlərdən 


yayına bildim. Məhz, bu sayıqlığımın nəticəsində o, müxtəlif cəhdlər etsə də məni başqalarının əli ilə tələyə sala bilmədi. 
Sonda rejisoru özü olduğu tamaşada baş rolu da özü oynamağa məcbur oldu. Bütün bunları pərdələmək üçün o özü haqqında olan anket məlumatlarını yalan deməyə məcbur olmuşdur. Bununla o məhkməni də aldatmağı hədəfləmiş və hesab etmişdir ki, savadsız, məzlum qoca obrazına girməklə niyyətinə nail olacaqdır.
Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 9.2-ci m addəsinə əsasən, 
“ Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər”.
Yuxarıda qeyd edlənləri nəzərə alaraq;

X A H İ Ş   E D İ R Ə M :

1. Həmin qanun pozuntularının nəticələrinə uyğun olaraq, CPM-nin 300.1.5, 303.3 və 303.3.1-ci maddələrinə əsasən, cinayət işinin, təqsirləndirilən şəxsin – mənim müdafiə hüquqlarımın pozuntularının aradan qaldırılması tapşırığı ilə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edəsiniz.


2. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması, bütün iştirakçıların əməlinə düzgün hüquqi qiymət verilməsinin prokurora tapşırılması barədə qərar qəbul edəsiniz.
Qoşma: Vəsatətin surəti,
              - Binəqədi rayon prokuroruna göndərilən 14.09.2023-cü il tarixli şikayətin surəti,
              - Ekspert Rəyindən Binəqədi Prokuroruna verilən 09.09.2023-cü il tarixli şikayətin surəti.
19.12.2023-cü il

                              İmza:                                  / R.C.Həsənov /






Starxeber Bizi instagramda izləyin