23:12 Dünya turizminin mərkəzi olan tarixi İstanbul  |     23:21 Mehriban Vəliyeva: 10 noyabr razılaşmasının arxasında üç faktor dayanır – Siyasi iradə, hərbi güc və milli birlik  |     21:40 Qazi Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür  |     17:13 Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər  |     22:33 Qalib ölkənin cəsur döyüşçü İbrahim Paşayev  |     14:55 Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi -FOTO  |     14:53 Hava proqnozu açıqlandı - Sabahdan...  |     19:34 Elnarə Akimova seçicilərlə görüşüb  |     14:47 Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi  |     12:55 Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun  |     09:28 Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır  |     15:13 Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb  |     15:11 Deputat Mehriban Vəliyeva qəbul keçirdi - FOTO  |     11:34 Azay Quliyev: ”Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə müşahiyət olunur”  |     21:41 Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib  |     16:34 “Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”  |     16:11 Azay Quliyev ATƏT missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olundu  |     13:02 ALİMENTDƏN YAYINANLARIN SAYI ARTIR – MƏHKƏMƏ QƏRARLARI NİYƏ İCRA OLUNMUR  |     18:40 “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi  |     15:28 Azay Quliyev: “Yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb”  |    
Dünya üzrə şirkətlərin təxminən üçdən biri əməkdaşlar arasında kibersavadlılığın artırılması üçün təlimlərin keçirilməsini zəruri sayır
Sosial 20.12.2023 242

Dünya üzrə şirkətlərin təxminən üçdən biri əməkdaşlar arasında kibersavadlılığın artırılması üçün təlimlərin keçirilməsini zəruri sayır 

Şirkətlərin əksəriyyəti (77%) son iki ildə ən azı bir kiberinsident* ilə üzləşib və bundan zərər çəkən təşkilatların 39%-i onların ciddiliyinə diqqət çəkib. Hücumların üçdə birinin nəticəsi məxfi məlumatların sızması olub, dörddə birində biznesin reputasiyası və 22,5 faizində isə maliyyə resursları ciddi zərərlə üzləşib. İnsidentlərin üçdə birindən çoxu (38%) işçilərin səhvi nəticəsində baş verib.
Potensial kiberinsidentlərin qarşısını almaq üçün şirkətlərin vacib hesab etdikləri cavab tədbirləri arasında həm İT işçiləri (37%), həm də digər departamentlərin əməkdaşları (31%) üçün ixtisaslaşdırılmış təlimlərin həyata keçirilməsi də yer alır.
Kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək üçün ən effektiv vasitələrdən biri Kaspersky Automated Security Awareness Platform (ASAP) platforması üzərindən təlim keçməkdir. Onların köməyi ilə 75-dən çox ölkədə şirkətlər artıq 1,5 milyondan çox əməkdaş hazırlayıblar. “Kaspersky”nin rəqəmsal savadlılığı artırmaq üçün nəzərdə tutulan proqramları keyfiyyət reytinqlərində mütəmadi olaraq lider mövqeləri tutur. Ümumilikdə, 2013-cü ildən 2022-ci ilə qədər müxtəlif “Kaspersky” məhsulları 827 müstəqil sınaq və icmalda iştirak edib, 587 dəfə birinci yeri tutub və 685 dəfə ilk üçlüyə daxil olub.
İndi Kaspersky “on-premise” (yerində) modeli əsasında ASAP təlim platformasını təklif edir. Bu o deməkdir ki, həll müştərinin infrastrukturunda, onun serverlərində quraşdırıla bilər və kənardan heç kim, o cümlədən, tərtibatçı ona daxil ola bilməyəcək. Bu model əsasında platforma hətta internetdən istifadə etmədən işləyə bilər və şirkətlər öz məlumatlarına və infrastrukturlarına tam nəzarət edə bilərlər. Bu, maksimum məxfilik səviyyəsini tələb edən bizneslər, məsələn, fintex, sənaye və dövlət sektoru kimi sənayelər üçün xüsusilə aktualdır.
“Rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi təşkilatın ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq bütün işçilər üçün zəruridir. Lakin çox vaxt bü cür təlimlərin dəyərini anlayan şirkətlər üçüncü tərəf provayderlərinə müraciət etməkdən qorxurlar: ya daxili siyasət onlara məlumatları buludda saxlamağa imkan vermir, ya da işçilərin şəbəkəyə daxil olması qadağandır. Kibertəhlükəsizlik sahəsində lider olaraq böyük, təhlükəsizliyə həssas şirkətlərdə çalışan işçilərin kibertəhlükələrdən daha çox xəbərdar olması haqqında düşünürük. Buna görə də, biz indi yerli serverlərdə bulud versiyasında olduğu kimi eyni funksionallığa malik təlim platformamızı yerləşdirmək imkanını təqdim edirik. İstifadəçilər hətta internet bağlantısı olmadan da təlim materiallarına çıxış əldə edirlər”, - deyə şirkətin “Kaspersky Security Awareness” rəqəmsal savadlılığın təkmilləşdirilməsi siyasəti üzrə mütəxəssisi Tatyana Şumaylova qeyd edir.

*Burada və bundan sonra insan amilinin şirkətlərdə kibertəhlükəsizliyə necə təsir etdiyinə dair “Kaspersky” araşdırmasının məlumatları əks olunur. Tədqiqat 2023-cü ildə dünya üzrə ümumilikdə 1260 nəfər respondent arasında aparılıb.






Starxeber Bizi instagramda izləyin