13:43 “Lohusa” Türk komediyası“CinemaPlus”da  |     17:14 “AQAT-Silver” artıq Gəncədə  |     10:00 CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi  |     14:17 Rəşad Bayramov: “Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək”  |     15:40 Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir  |     15:34 Nazirlik rəsmisi: “Nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib”  |     09:04 “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir  |     15:04 “Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu  |     15:00 Azərbaycanda gömrük məsələləri üzrə ilk konsaltinq şirkəti fəaliyyətə başlayıb  |     13:53 CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirilib  |     11:58 Nəzərbəy Hacıağayev: "İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən Azərbaycan və Türkiyə əlaqələri öznün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır"  |     22:11 “Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü  |     15:59 Zirəddin Rzayev: Burada yaşayırlar, orada ev tikirlər, ölürlər, ev boş qalır  |     18:28 Asif Sayadov: Vinq çun idmanı ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur  |     16:18 Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….  |     18:30 Bakıda Mərakeşin memarlıq irsindən bəhs edən fotosərgi açılıb  |     13:10 Mərakeşin memarlıq irsi  |     17:06 Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib  |     12:12 Azərbaycan səhiyyəsinin əfsanəvi və fədakar şəxsiyyəti - Fəxrəddin Cavadov  |     17:07 Bakı 20 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi baş tutub  |    
Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI
Mədəniyyət 6.12.2023 167

Rejissor Emil Quliyev Nizami Kinoteatrı ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.


Ölkə.Az xəbər verir ki, rejissor mərkəzin ona etməli olduğu ödənişi hələ də vermədiyini bildirib.

Ətraflı
"Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin icarəsi baş tutdu. İcarə dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha.

Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun", - deyə o yazıb.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova Ölkə.Az-a açıqlamasında ödənişin verilmədiyini təsdiqləyib. O, sözügedən vəziyyəti maliyyə çətinlikləri ilə əlaqələndirib:

"Kinoteatr pandemiyadan sonra yaxşı işləmir. Problemlər, kommunal borclar var. Amma bu o demək deyil ki, biz nəyisə ödəməkdən imtina edirik.

Düzdür, bu dəqiqə vəziyyətimiz elə deyil ki, ödəmələri aparaq, amma borc bizim borcumuzdur, onu da kinoteatr ödəyəcək".

Mərkəzin əməkdaşı E.Quliyevin "əslində, pulu almaq fikrim də yoxdur" sözlərinə də münasibət bildirib:

"Niyə ödəmirik? Bu elə-belə baş verən bir şey deyil. Bizim onunla müqaviləmiz var. Müqavilə əsasında onsuz da ödəmələrimizi aparmalıyıq. Sadəcə, hazırda apara bilmirik". 

A.Əhədova nə qədər məbləğdən söhbət getdiyini və Mərkəzin zərərini açıqlamayıb:

"Ödənilməli olan məbləğ, əslində, böyük deyil, amma biz onu deyə bilmərik.  

Onunla münasibətimiz çox yaxşıdır. "Mən burada tək olmuşam" filmi Emil bəyin bizim kinotetarda yayımlanan birinci filmi deyil. Onun "Pərdə" və "İkinci pərdə" filmləri də  bizdə təqdim olunub. Hamısının da ödənişi  edilib. İndi vəziyyət bir az belədir deyə yubanır", - deyə o əlavə edib.






Starxeber Bizi instagramda izləyin