15:01 Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək  |     20:01 “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər  |     17:17 KƏŞ ölkələrinin liderləri ötən gün Dohada bir araya gəliblər  |     15:30 Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilir  |     13:10 Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI  |     11:09 Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı üç dəfə artıb  |     11:06 Məişət zorakılığından zərərçəkənlər üçün 9 yardım mərkəzi fəaliyyət göstərir  |     23:58 “Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş  |     11:36 İstanbul "2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer" siyahısındadır  |     12:48 Fizaka "Şirlər Xəzinəsi" ilə gəlir  |     12:52 Elçin Əzizov haqqında başladılan qarayaxma kampaniyasına SON QOYULMALIDIR!  |     12:16 “Nar” Laçın şəhərində ilk mağazasını açdı!  |     14:37 Gəncə Dövlət Universitetində “Psixologiya elminin maraqlı və məsuliyyətli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib  |     12:54 Haqsızlıqla üzləşən Qarabağ qazisi prezidentə müraciət etdi  |     00:25 “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur  |     14:00 Bakıda “Avropada təhsil” sərgisi keçirildi  |     13:37 Dəmir yumruq” - xalq və ordu birliyinin təcəssümü  |     15:48 “CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası - VİDEO  |     22:19 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |     21:01 “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitab-albomu işıq üzü görüb  |    
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayının QƏTNAMƏSİ
Sosial 20.10.2023 154


Biz – Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları bu Qurultayın “Heydər Əliyev İli”ndə keçirilməsindən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasından məmnunluq duyuruq.
Biz fəxrlə bir daha vurğulayırıq ki, Azərbaycan qadınlarının ictimai həyatda fəal iştirakı və daima artan təmsilçiliyi məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun hakimiyyətdə olduğu illərdə qadın hərəkatı dövlət siyasətinin prioritetinə çevrilmiş və bu günümüzədək uğurla inkişaf etdirilmişdir. 
Eyni zamanda bu Qurultayın Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və erməni əsarətindən azad edilmiş torpaqlarımıza Böyük Qayıdış dönəmində keçirilməsi bizləri qürurlandırır və ölkəmizin parlaq gələcəyi naminə qətiyyətli addımlar atmağa daha da ruhlandırır.
Azərbaycan Qadınlarının son Qurultayından ötən beş il ərzində ölkədə qadınların ictimai -siyasi və sosial həyatında ciddi dəyişikliklər baş vermişdir. Ölkədə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qadınların vəziyyətinə müsbət təsirlərini göstərmiş, onların iqtisadi cəhətdən gücləndirilməsinə, regiondakı irəliləyişlərə öz töhfələrini vermə imkanlarının genişlənməsinə səbəb olmuşdur. Qadın və qızlar arasında onlar üçün qeyri-ənənəvi olan təhsil və məşğulluq sahələrinə, xüsusilə də elm, texnologiya, mühəndislik, maliyyə, memarlıq sektorlarına maraq artmışdır. Bu dövrdə dövlətin qadın sahibkarlığına verdiyi dəstək artıq öz müsbət nəticələrini verməkdədir. Dövlət idarəçiliyində və özəl sektorda gender bərabərliyinin təşviqi üzrə tədbirlər bu sahədə məlumatlılığın artması və gender amilinin qurumların və iri şirkətlərin daxili siyasətlərinə daxil edilməsi ilə nəticələnmişdir. Çətin həyat şəraitində olan qadınların müdafiəsi gücləndirilmiş və bu istiqamətə maddi və insan resurslarının cəlb olunmasına, habelə sosial infrastrukturun yaradılmasına diqqət artırılmışdır. 

Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Qadınlarının VI Qurultayının hesabat məruzəsini, məruzə ətrafındakı çıxışlarda səslənmiş fikir, təklif və tövsiyələri nəzərə alaraq; 

Qadınların cəmiyyətin inkişafında və vətəndaş cəmiyyəti quruculuğuna verdiyi töhfələri, ölkənin siyasi, sosial, iqtisadi, mədəni və ictimai həyatında rolunun artdığını vurğulayaraq;

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəlikləri, BMT-nin 1995-ci ildə qəbul olunmuş Pekin Bəyannaməsini və Fəaliyyət Platformasını, Qadınlar, sülh və təhlükəsizlik mövzusunda BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli qətnaməsini, 2016–2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini qeyd edərək; 

Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas prioritetlərindən biri olan qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması üzrə tədbirləri nəzərə alaraq;

Azərbaycan Respublikasında 2023cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasında qadın hüquqları və gender bərabərliyi istiqamətində həyata keçirilən dövlət  siyasəti dəstəklənsin, Azərbaycan qadınlarının ictimai-siyasi sahədə artan fəallığı, xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirməsi, vətəndaş cəmiyyəti quruculuğunda öz intellektual potensiallarını əsirgəməməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslin vətəndaşlıq və vətənpərvərlik istiqamətlərində yetişdirilməsi sahələrindəki xidmətləri yüksək qiymətləndirilsin;


Azərbaycanda Dövlət Qadın Siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illiyik yubileyinin qeyd edildiyini nəzərə alaraq, Azərbaycan qadınlarının ictimai-siyasi fəallığının daha da yüksəldilməsi məqsədilə hakimiyyətin bütün qollarında – qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında qadınların təmsilçiliyinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən  tədbirlər davam etdirilsin;

Qadınların cəmiyyətdə iqtisadi fəallığı, onların yüksək əməkhaqqı olan məşğulluq sahələrində təmsilçiliyi təşviq olunsun, peşəyönümü, karyera məsləhəti, qadın sahibkarlığının stimullaşdırılması üzrə yeni mexanizmlərin işlənilməsi və digər aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə göstərilən dəstək davam etdirilsin; 

Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında iştirakının daha da fəallaşdırılmasına, onların təşəbbüskarlığının dəstəklənməsinə yönəlmiş ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin məqsədəuyğunluğu vurğulansın;

İşğaldan azad olunmuş ərazilərə qayıdış prosesinə hazırlıq mərhələsində qadınların ehtiyaclarının müəyyənləşdirilməsi, onların məşğulluğunun təmin edilməsi, xüsusilə kənd yerlərində yaşayan sosial cəhətdən həssas əhali qruplarına aid qadınların fəallığının artırılması, aktiv məşğulluq tədbirlərinə yönəldilməsi, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində tədbirlər vətəndaş cəmiyyətinin iştirakı ilə davam etdirilsin, bu yanaşma Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə mümkün qayıdışı ilə bağlı səylər müstəvisində müvafiq qaydada nəzərə alınsın;

 İnformasiya-kommunikasiya texnologiyaları və STEAM sahəsində sürətli inkişafı nəzərə alaraq, gənc qızlar və qadınlar arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsi daha da yüksəldilsin, bu sahəyə peşəkar maraq təşviq edilsin, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə tədbirlər həyata keçirilsin; 

Media sektorunun ictimai fikrin formalaşdırılmasında güclü təsirə malik olduğunu nəzərə alaraq, mənfi gender stereotiplərinin aradan qaldırılmasında, qadın hüquqlarının təşviqində, gender əsaslı zorakılıqla mübarizədə medianın rolu artırılsın,  media sahəsində qərarvermə səviyyəsində qadınların təmsilçiliyinin artırılması təşviq edilsin;

Yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə qadınlara qarşı ayrı-seçkilik, gender əsaslı zorakılıq hallarının qarşısının vaxtında alınması məqsədilə Gender Komissiyalarının rolunun artırılması istiqamətdə tədbirlər davam etdirilsin;

Gender bərabərliyi mədəniyyətinin təbliğinin daha səmərəli, effektiv həyata keçirilməsi üçün təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi, təhsilin bütün pillələrinə aid tədris resursları üzrə gender ekspertizasının keçirilməsi, təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi;

Azərbaycan Respublikası qadınlarını təmsil edən dövlət və ictimai təşkilatların qurultayarası dövrdə beynəlxalq əlaqələrin genişləndirilməsi yolunda səyləri müsbət qiymətləndirilsin və bu təcrübə davam etdirilsin; 

Qadınların mədəniyyətlər və dinlərarası dialoqun inkişafında oynadığı rolu, bununla da dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın genişlənməsinə verdiyi əvəzsiz töhfəni nəzərə alaraq, bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlərə göstərilən dəstək davam etdirilsin;

Qurultayda müəyyən edilmiş vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılsın və qurultayarası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunsun. 


Bakı şəhəri, 19 oktyabr 2023-cü il






Starxeber Bizi instagramda izləyin