11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Deputat Xızıda sakinlərlə görüş keçirib
Sosial 6.10.2023 204

Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyevlə birgə rayonun Sitalçay və Məşədihəsən kənd sakinləri, partiya fəalları və kənd ziyalılarla görüş keçiriblər.


Əvvəlcə Sitalçay kənd ərazisində yerləşən şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzüldü.

Sonra çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğunda partiyanın xidmətlərindən bəhs ediblər. Görüşdə YAP-ın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığı vurğulanıb.

Daha sonra Sitalçay kənd və Məşədihəsən kənd sakinləri tərəfindən onları narahat edən məsələləri diqqətə çatdırıblar. Kənd sakinlərinin müraciəti dinlənilək, problemlərin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.

Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.






Starxeber Bizi instagramda izləyin