11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Emin Hacıyev Sumqayıtda seçicilərlə görüşdü
Siyasət 6.10.2023 377


5 oktyabr tarixində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Sumqayıt şəhər 43 saylı 3-cü seçki dairəsi üzrə vətəndaşlarla və partiya fəalları ilə görüşümüz keçirildi. Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri Metanet Meherremova iştirak edirdi.

Görüşdə 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirlərində qazandığımız zəfərdən bəhs etdik, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün olduğunu diqqətə çatdırdıq.

Görüşdə seçicilərin problemlərini dinlədik və onları maraqlandıran məsələrlə bağlı bir sıra suallara aydınlıq gətirdik. Müraciətlər əsasən ictimai nəqliyyat, məhəllələrin işıqlandırılması, binaların istilik sistemi ilə təchizatı və sosial məsələrlə bağlı idi.






Starxeber Bizi instagramda izləyin