14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO
Sosial 14.09.2023 159

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 21 sentyabrdan etibarən Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediya filminin Azərbaycan dilində nümayişi başlayır.


Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub.

Beynəlxalq premyera 4 noyabr 2022-ci ildə “Qorqud Ata” Türk Dünyası Film Festivalında baş tutub və əsərin rejissoru, ssenari müəllifi Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.

Baş rollarda: Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. 

Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Çəkilişlər Xocavənd rayonunun Hadrut kəndində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Qeyd etmək istərdik ki, 20 sentyabrda Gənclik Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və filmin aktyorları ilə Qala Gecəsi baş tutacaq!
Biletləri www.cinemaplus.az saytından, CinemaPlus mobil tətbiqindən və ya Gənclik Mall kinoteatrının kassalarından əldə edə bilərsiniz.






Starxeber Bizi instagramda izləyin