İdman
13.09.2023
141
Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu.
Tanınmış aparıcı Fidan Oruc Əliyeva Azərbaycan SAVAT Federasiyasının mətbuat katibi təyin olunub.
Federasiyadan verilən məlumata görə, Azərbaycan SAVAT Federasiyasının prezidenti Rafiq Əliyev və idarə heyətinin birgə qəbul etdiyi qərara əsasən gənc TV və radio aparıcısı Fidan Oruc federasiyaının mətbuat katibi təyin olunub.
Qeyd edək ki, F.Oruc bir neçə QHT-lərdə ictimaiyyətlə əlaqələr üzrə rəhbər vəzifəsində çalışıb, o cümlədən, müxtəlif TV və radiolarla yanaşı, bir sıra ictimai-sosial layihələrdə aparıcılıq edib.