14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib
Sosial 1.06.2023 163

Mastercard-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri kimi yeni vəzifəsinin icrasına başlayacaq.
Emil Zeynalov 6 ildən artıqdır ki, Mastercard-la birlikdədir və Azərbaycanda biznesin inkişafı və əlaqələrin idarə olunmasında müstəsna rola sahibdir. Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib: "Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları böyüməmizə təkan verməklə yanaşı Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni Mastercard Azərbaycan üzrə Ölkə Meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”.
"Mastercard daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, - deyə öz növbəsində Emil Zeynalov qeyd edib.
Emil Zeynalov haqqında: 
Emil Zeynalov öz karyerasına Rusiyada fəaliyyət göstərən Credit Europe Bankında başlayıb. Daha sonra o, Azərbaycanda yerli kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.
O, 2016-cı ildən etibarən Azərbaycanda Mastercard-ın nümayəndəsi kimi fəaliyyət göstərib.






Starxeber Bizi instagramda izləyin