İdman
26.05.2023
137
"Sabah" klubunun kapitanı Elvin Camalov gecə həyatına başlayıb.
Operativ24.az-a daxil olan məlumata görə, "bayquşlar"ın kapitanı və milli komandamızın üzvü son zamanlar "sərbəst həyata" qədəm qoyub.
Belə ki, təcrübəli futbolçu gecələri şəhərdə keçirir, yuxusuz şəkildə məşqlərə qatılır - bir sözlə, qrafik pozulması ucbatından istənilən performansı göstərə bilmir. Mənbə qeyd edir ki, təcrübəli persona əksər hallarda şəxsi obyektində vaxt keçirir.
Məsələ o həddə çatıb ki, "Sabah"ın baş məşqçisi Murad Musayev məsələdən xəbər tutub. Artıq bu barədə narahatlıqla düşünən rusiyalı çalışdırıcı kapitan haqda tədbir görməyi düşünür.
Milli komandanın üzvünün belə bir həyata öyrəşməsi təbii ki, ürəkaçan deyil. Bu məsələ bizi də narahat etdiyinə görə qarşı tərəfin fikrini almaq çox vacib idi. Belə ki, məsələ ilə bağlı "Sabah" klubunun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Zəngimizdən bir neçə dəqiqə sonra bizimlə əlaqə yaradan klub sözçüsü qısa olaraq bu sözləri dedi: "Doğru məlumat deyil".