15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Sosial 24.05.2023 140


Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti regional müşavirə Gəncə şəhərində keçirilib. 

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə Nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib. Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. 

Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.
 
Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.






Starxeber Bizi instagramda izləyin