15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Ümumrespublika təmizlik aksiyalarına start verilir
Sosial 24.05.2023 108


Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib. Bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək.

Bunu ETSN-in Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

"Amma belə aksiyalara hələ də ehtiyac olması, eyni ərazilərin yenidən təmizlənməsi, açığı təəssüf doğurur. Sahillərdə qida tullantılarından tutmuş rezin, şüşə və plastiklərə qədər müxtəlif tullantılara rast gəlinir. Təbiət qoynuna, dəniz kənarına istirahətə gələn vətəndaşlar özlərinin, ailələrinin, dostları və yaxınlarının bu ərazilərə bir daha gələcəyini düşünmürlərmi?

Təbiət ərazilərində, dəniz kənarlarında tullantıların yaratdığı təəssüfləndirici mənzərələrin səbəbkarı əfsus ki, özümüzük, insanlarımızdır. 

Odur ki, hər kəsə üzümüzü tutub, bir daha səslənirik: istirahət edərkən daha diqqətli olun, tullantıları sahillərdə atıb getməyin. Zövq aldığınız, sevə-sevə istirahət etdiyiniz məkanların təbii gözəlliyini tullantılarla məhv etməyin!

Bu, bir çağırışdır və ətraf mühitin qeydinə qalmağı, təbiət gözəlliklərinə hamılıqla sahib çıxmağı təşviq etməkdir".






Starxeber Bizi instagramda izləyin