15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Nazir: Bir sıra ərazilərdə yeni milli parkların yaradılması işlərinə başlanılıb
Sosial 23.05.2023 99

Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz onun diqqət və qayğısı ilə yaradılıb.


Operativ24 xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Qırmızı kitab"ın III nəşrinin təqdimatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Respublikasında flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən edib:


"Azərbaycan müstəqillik qazanandan sonra da məhz Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə yeni ekoloji siyasət formalaşmağa başlayıb, Bakı və Abşeronun yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılıb. Bu istiqamətdə həyata keçirdiyi tədbirlər sırasında Ulu öndərin sərəncamı ilə 2001-ci ildə bir sıra sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını xüsusi ilə vurğulamaq istərdim. Məhz elə bu gün biz böyük fəxr hissi ilə Nazirliyin yaradılmasının il dönümü qeyd edirik.

Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsü məhz Ulu Öndərin adı ilə bağlıdır. Naxçıvan MR-da Zəngəzur, həmçinin Şirvan və Ağgöl milli parkları 2003-cü ildə yaradılıb. Ölkəmizdə ekoistemlərin və təbii sərvətlərin qorunması istiqamətində həyata keçirilən, bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilən dövlət siyasəti öz məntiqi bəhrəsini verməkdədir.

2000-ci illərin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektara qədər artırılıb. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır".

Nazir deyib ki, hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb.






Starxeber Bizi instagramda izləyin