15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
CinemaPlus-da sonuncu “Forsaj” filmi
Sosial 22.05.2023 113


Bakı, 22 may: “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Forsaj” franşizasının onuncu və final hissəsinin misilsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında bəhs edən filmin premyeradan öncə nümayişi baş tutub.
Həmişə olduğu kimi, bizi dəbdəbəli avtomobillər, yüksək sürət və inanılmaz dərəcədə təhlükəli sərgüzəştlər gözləyir.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.
Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər. DJ-in lazer işıqlarının parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb.
Filmdən sonra qonaqlar müzakirə etdilər. Heyrətamiz çəkiliş və inanılmaz dərəcədə realist xüsusi effektlər, gözlənilməz süjet dönmələri və həmişə olduğu kimi əla aktyor heyəti - Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron və s. hamını heyran edib.
Filmin rejissoru Lui Leteryedir.
Filmin baş sponsoru “Mazda” avtomobil şirkətidir. Tədbirin təşkilində Brand Media Groups, “Bolşoy Prazdnik” event şirkəti, RG Simulation VR Zone, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, super-premium pivə “Kronenbourg 1664 Blanc” və Red Bull dəstək göstəriblər.

Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən blokbasterlərdən biri3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Forsaj 10” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.






Starxeber Bizi instagramda izləyin