15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Cəlal Qurbanov 36 il sonra İlk müəllimi ilə görüşdü - FOTO
Sosial 20.05.2023 94



AYB üzvü, nəğməkar-şair Cəlal Qurbanov başa çatmaqda olan təhsil ilinin son günlərində maraqlı bir addım atıb. Vaxtilə Yasamal rayonundakı 21 saylı məktəbdə bir yerdə oxuduqları sinif yoldaşlarını toplayaraq, məktəb müəllimləri ilə görüş təşkil edib.

36 ildən sonra ibtidai sinif müəllimələri Mehparə xanımı, 27 ildən sonra Gülnar müəlliməni görmək onları çox mütəəssir edib. Cəlal Qurbanov “Instagram” hesabında yazır ki, müəllimlərini bağırlarına basıb, məktəbin, dəftər-kitablarının ətrini onlardan alıblar:

“Həyatda şəxsiyyət kimi özümüzü doğrultmaq üçün zirvəyə doğru bizimlə bərabər 11 illik bilik pillələrini qalxan müəllimlərimiz... Nə yaxşı ki, qələm tutmağı, nizam-intizamı, özümüzü ifadə etməyi siz bizə öyrətdiniz.
Həyat bizi böyütsə də, müəllimlərimiz qarşısında eyni şagird həyəcanı ilə dayanmışdıq. Onlar öz töhfələrini, biz isə keçmişin şirin xatirələrini görürdük.

İnşallah arzu edirəm ki, tezliklə Tamilla, Sitarə, Mələk, Sevinc, Ceyran, Zərifə, Ətrabə, Məlahət, Sədaqət və Qızılgül müəllimə kimi dəyərli müəllimlərimizi və digər sinif yoldaşlarımızı görmək də qismətimiz olar.

Bizi uşaqlığımıza qaytaran hər an üçün bu günə minnətdaram!”






Starxeber Bizi instagramda izləyin