22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
BDU-nun Qazax filialında Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Sosial 16.05.2023 210



Qazax Rayon İcra Hakimiyyəti və “Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-nun Qazax filialında Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, filialın müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, ailə dəyərlərinə də böyük önəm verdiyini, ailənin cəmiyyətimizdəki rolunu hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə ailə dəyərlərinə həsr olunmuş tədbirin təşkilinə görə rayon rəhbərliyinə və filialın kollektivinə razılığını ifadə edib. T.Paşayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir. “Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələrdən söz açan T.Paşayeva Loqos ailəsi olaraq ailə münasibətlərinə, ailənin cəmiyyətdəki roluna xüsusi önəm verdiklərini, sağlam ailənin formalaşması üçün əllərindən gələni əsirgəmədiklərini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. G.Həsənova bildirib ki, bu il 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir.

Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri”, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova “Sağlam ailə milli-mənəvi dəyərimizin qarantıdır”, BDU-nun Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova “Müasir Azərbaycan ailələrində inklüziv dəyərlərin aşılanması yolları”, filialın müəllimləri Gülnar Abdullayeva “Müasir cəmiyyətdə sağlam ailə modeli”, Ayşən Qasımova “Ailə dəyərimiz cəmiyyətin bünövrəsi kimi”, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, psixoloqlar Ertoğrul Koca “Ailə dəyərlərinin təbliği və aspektləri”, Taciyə Mehdisoy “Qloballaşma dövründə ailə dəyərlərinin qorunması və psixoloji aspektləri” mövzularında çıxış ediblər. Çıxışlarda ailənin cəmiyyətimizdəki rolundan, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmasından, dövlətimizin ailə dəyərlərinə xüsusi həssaslıqla yanaşmasından söz açıblar. Çıxışlarda qeyd olunub ki, Azərbaycan ailəsinin özünəməxsusluğu digərilərindən yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ailənin bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunduğu, bu gün ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri olduğu vurğulanıb. Çıxış edənlər müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, Ulu Öndərin bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün böyük səylə çalışdığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu bütün dünyaya bir daha sübut edirlər.

Maraqlı söhbət əsasında keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri”, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova “Sağlam ailə milli-mənəvi dəyərimizin qarantıdır”, BDU-nun Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova “Müasir Azərbaycan ailələrində inklüziv dəyərlərin aşılanması yolları”, filialın müəllimləri Gülnar Abdullayeva “Müasir cəmiyyətdə sağlam ailə modeli”, Ayşən Qasımova “Ailə dəyərimiz cəmiyyətin bünövrəsi kimi”, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, psixoloqlar Ertoğrul Koca “Ailə dəyərlərinin təbliği və aspektləri”, Taciyə Mehdisoy “Qloballaşma dövründə ailə dəyərlərinin qorunması və psixoloji aspektləri” mövzularında çıxış ediblər. Çıxışlarda ailənin cəmiyyətimizdəki rolundan, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmasından, dövlətimizin ailə dəyərlərinə xüsusi həssaslıqla yanaşmasından söz açıblar. Çıxışlarda qeyd olunub ki, Azərbaycan ailəsinin özünəməxsusluğu digərilərindən yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ailənin bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunduğu, bu gün ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri olduğu vurğulanıb. Çıxış edənlər müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, Ulu Öndərin bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün böyük səylə çalışdığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu bütün dünyaya bir daha sübut edirlər. Maraqlı söhbət əsasında keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.



















Starxeber Bizi instagramda izləyin