15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
“Bilimdən Zəfərə” layihəsi bu dəfə Tovuzda
Sosial 16.05.2023 130

Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bilimdən Zəfərə” layihəsi 13 may 2023-cü il tarixində Tovuz şəhərində baş tutub.

Layihə "YAŞAT” Fondunun, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi"nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə gerçəkləşib. 


Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdir. 

Şəhidlərimizin 6-14 yaş aralığındakı övladlarını əhatə edən layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar və “Bilim şou” nümayiş etdirilib.

Tədbir müddətində uşaq, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və şüarlar səsləndirilib.

Region əhalisi üçün “İnnovasiyalar Mərkəzi” tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr təşkil olunub.

Sonda iştirakçılara təşəkkürnamələr verilib. "OBA" marketlər şəbəkəsi tərəfindən həm iştirakçılara, həm də müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində ilk regional tədbir 6 may tarixində Masallıda keçirilib.

Baş sponsor: “PAŞA Holding”;

Sponsorlar: "OBA" marketlər şəbəkəsi, “Şaurma N1”;

Media dəstək: “ASAN Radio”.

"Youtube" keçid: https://youtu.be/XwNXidOfEfA

Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link: https://we.tl/t-fdl2gLiDHR






Starxeber Bizi instagramda izləyin