15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Azərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə “Kərimə” dövləti qurmaq istəyən şəxslər həbs edilib
Sosial 16.05.2023 118

Azərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə “Kərimə” dövləti qurmaq istəyən şəxslər həbs edilib
Operativ24 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

"İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü - Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir".






Starxeber Bizi instagramda izləyin