14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Azərekspresspoçt” Beynəlxalq EMS Kooperativi tərəfindən eyni zamanda 2 qızıl mükafata layiq görülüb
Sosial 12.05.2023 143

“Azərekspresspoçt” Beynəlxalq EMS Kooperativi tərəfindən eyni zamanda 2 qızıl mükafata layiq görülüb

“Azərpoçt” MMC tərəfindən təsis edilən, sürətli poçt xidmətləri göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi (EMS – Express Mail Service) 2022-ci ildəki fəaliyyətinin nəticəsinə görə Beynəlxalq EMS Kooperativi tərəfindən 2 kateqoriya üzrə eyni zamanda 2 qızıl mükafat alıb.
Hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativi dünyanın bütün ölkələrinin EMS operatorlarının il ərzində göstərdiyi poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırır, qiymətləndirir və yekun nəticələrə əsasən təsis etdiyi mükafatları (“Performans” mükafatı və “Müştəriyə qayğı” mükafatı) operatorlara təqdim edir.
Qürurla qeyd edirik ki, EMS Azərbaycan 2022-ci ildəki fəaliyyətinə görə hər iki kateqoriyanın qızıl mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “Performans” mükafatı üzrə qızıl mükafatın qazanılması üçün qarşıya qoyulan 9 tələbdən minimum 5-nə EMS operatoru cavab verməlidir. Lakin EMS Azərbaycan nəinki 5, hətta 7 tələbə cavab verərək, qızıl mükafata layiqliyini sübut edib. Həmin tələblər bunlardır:
Xaric olan poçt göndərişlərinin standarta uyğun vaxtında, ən azı 95% göstərici ilə ixrac olunması – EMS Azərbaycanda bu göstərici 98% olub.
Xaric olan poçt göndərişlərinin standarta uyğun ən azı 80% göstərici ilə vaxtında daşınması – EMS Azərbaycanda bu göstərici 81% olub.
M40 standartına uyğunluq “Mövcuddur” göstəricisi ilə təmin olunub.
PREDES elektron mesajlarının partnyor ölkələrin sayına nisbəti ən azı 95% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 100% olub.
RESDES elektron mesajlarının PREDES elektron mesajlarına nisbəti ən azı 95% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 95% olub.
Çatdırma məlumatlarının beynəlxalq poçt sisteminə işlənilməsi ən azı 99% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 99% olub.
Xaric olan poçt göndərişləri üçün ITMATT elektron mesajlarının EMC elektron mesajlarına nisbəti ən azı 60% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 98% olmuşdur.

Digər kateqoriya olan “Müştəriyə qayğı” mükafatını qazanmaq üçün isə aşağıdakı 7 meyar EMS operatoru tərəfindən yerinə yetirilməli idi:
EMS Kooperativinin üzvü olmaq – “Azərekspresspoçt” 1998-ci ildən EMS Kooperativinin üzvüdür.
İl ərzində hər ay EMS müştəriyə xidmət adlı sistemdən istifadə olunması – “Azərekspresspoçt” 2022-ci ildə hər ay Universal Poçt İttifaqının “i-Care” sistemindən istifadə edib.
Sorğulara vaxtında, ən azı 98% göstərici ilə cavab vermək – EMS Azərbaycanda bu göstərici 100% olub.
Birinci səviyyədən sonra bağlanmış (həll olunmuş) sorğular ən azı 70% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 97% olub.
15 iş günü ərzində sorğular üzrə iş prosesini ən azı 90% göstərici ilə bitirmək – EMS Azərbaycanda bu göstərici 99% olub.
Alınmış sorğuların və cavabların oxunması üçün orta vaxt – maksimum 3 saat təşkil etməlidir – EMS Azərbaycanda alınmış sorğuların oxunması üçün orta vaxt 00:15:55, alınmış cavabların oxunması üçün orta vaxt isə 01:35:30 təşkil edib.
Araşdırılmamış daxil olan sorğuların olmaması tələbinə uyğunluq da EMS Azərbaycanda tam təmin edilib, araşdırılmamış sorğu qalmayıb.

O da qeyd olunmalıdır ki, axırıncı dəfə “Performans” mükafatını “Azərekspresspoçt” 2015-ci ildə, “Müştəriyə qayğı” mükafatını isə 2019-cu ildə qazanıb.

EMS Azərbaycan öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurmaq və müştərilərinin məmnuniyyətini təmin etmək üçün cəhdlər göstərir, daima təkmilləşmə proseslərini nəzarətdə saxlayır.






Starxeber Bizi instagramda izləyin