14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Avarçəkmə üzrə dünya və Avropa federasiyalarının prezidentləri Suqovuşana səfər ediblər
İdman 11.05.2023 159

Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında fəxri qonaq qismində iştirak edən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana Ulu Öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər.  

Daha sonra beynəlxalq federasiya rəhbərləri Suqovuşanda səfərdə olublar. Qonaqlar Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” turnirinin açılış mərasimi və ilk yarış gününün keçirildiyi məkanla tanış olublar.
Suqovuşan səfərinin ardınca Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı və Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürklə birgə toplantı keçiriblər. Tərəflər arasında Azərbaycanda avarçəkmə idman növünün inkişafı barədə fikir mübadilələri aparılıb. Beynəlxalq federasiya rəhbərləri dünya, Avropa çempionatları kimi böyük yarışların, həmçinin Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin keçirilməsi üçün həm Suqovuşan su anbarı, həm də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin uyğun olduğunu bildiriblər.






Starxeber Bizi instagramda izləyin