17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 20.04.2019 417

Cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilən Babayev Ruslan Rafael oğlu Ali Məhkəməyə şikayət edib.

operativ24.az Ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndiriln şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 12-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ötən ilin əvvəlində Binəqədi rayonunda Ruslan Babayev bacısının azyaşlı qızı Lalə Qafarovaya (zərərçəkmişin as-soyadı şərti verilib - red.) təcavüz edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə ötən il yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 






Starxeber Bizi instagramda izləyin