14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2023”: 20-DƏK ÖLKƏ, 100-DƏN ÇOX İDMANÇI
İdman 1.05.2023 114


Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində Ümummilli Lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.
Yarışlardan bir gün öncə mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq. Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. “Prezident Kuboku-2023” beynəlxalq reqatası mayın 4-ü tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda start götürəcək. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.
Reqatanın bağlanış mərasimi mayın 7-si paytaxt Bakıda baş tutacaq. Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.


Link : https://www.sendgb.com/upload/?utm_source=t8H2TiQ5fWB

Youtube : https://youtu.be/ruaevy8b3Oo 






Starxeber Bizi instagramda izləyin