14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Fərid Qayıbov aprelin 21-də Serbiyanın idman nazirini qəbul edib
Sosial 21.04.2023 126

Gənclər və idman naziri Fərid Qayıbov aprelin 21-də Serbiyanın idman naziri Zoran Qayiçi qəbul edib. Qonağı salamlayan nazir Fərid Qayıbov onu yenidən Azərbaycanda görməyindən məmnun olduğunu bildirib. Xatırladaq ki, hazırda Serbiyanın idman naziri olan, Olimpiya çempionu Zoran Qayiç vaxtilə voleybol məşqçisi olaraq ölkəmizdə çalışıb. 2022-ci ildə Serbiyanın idman naziri təyin edilmiş Zoran Qayiç 2011-2012 və 2015-2017-ci illərdə “Rabitə” (“Telekom”) voleybol komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2011-ci ildə dünya çempionu və “Top Volley International Cup” turnirinin qalibi olub. 2012-ci ildə isə Azərbaycan çempionu olub. 


Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Serbiyanın idman naziri səmimi qəbula görə təşəkkür edib və ölkəsinin Azərbaycanla idman əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib. 

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Serbiya idman nazirinin müşavirləri Uros Pribiçeviç və Dejan Bojoviç, Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavjeviç və səfirliyin konsulu Casmina Caziç də iştirak ediblər.

#birkimibirlikdə






Starxeber Bizi instagramda izləyin