10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Xetaq Qazyumov: “Qorxurdum ki, millidə işim alınmayacaq”
İdman 21.04.2023 262

“Ötənilki uğuru təkrarladığımız üçün şadam. Qorxurdum ki, məndə alınmayacaq. Amma hər şey əksinə oldu və komanda hesabında birinci yeri tutduq”.


Operativ24-ün məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu uğurda yığmanın əvvəlki çalışdırıcısı Namiq Abdullayevin çox böyük əməyi var. “Onun qurduğu işi davam etdirirəm”.

Qazyumov Zaqrebdə qazanılan nəticədən razı qaldığını söyləyib:

“Daha çox qızıl medal götürmək istəyərdik. Dörd idmançımız finala çıxmışdı. Bəzi güləşçilərimiz zədəli idi. Onlar sağlam olsaydılar, daha fərqli nəticəyə imza atardıq. Təəssüf ki, 92 kq-da Osman Nurməhəmmədov, 97 kq-da Maqomedxan Maqomedov finalda uduzdular. Onlara ümidlərimiz böyük idi”.

Baş məşqçi qarşıdakı planları da açıqlayıb:

“Bir həftə dincəldikdən sonra Bakıda toplaşıb dünya çempionatının hazırlıqlarına başlayacağıq. Bizi bir neçə hazırlıq mərhələsi gözləyir. Bir neçə beynəlxalq turnirdə iştirak edəcəyik. Bir sözlə, Paris olimpiadasına lisenziya verən mundiala ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olub.






Starxeber Bizi instagramda izləyin