10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Avropa Badmiton Konfedersiyasının Bakıda keçiriləcək konqresinin mətbuat konfransı baş tutub
İdman 20.04.2023 222

Bu gün Avropa Badmiton Konfedersiyasının 21-22 apreldə Bakıda keçiriləcək konqresinə həsr olunmuş mətbuat konfransı baş tutub. Konfrasda Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Agerbak və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

Bakıda təşkil olunacaq konqreslə bağlı fikirlərini bölüşən Brayan Agerbak tədbirə hazırlığı yüksək dəyərləndirib: “Bakıdakı konqresi səbirsizliklə gözləyirdik. Azərbaycan Badminton Federasiyası yüksək səviyyədə irəliləyişə nail olub, Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir, əməkdaşlığa dostcasına töhfə verir. Azərbaycan Badminton Federasiyası Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram. Azərbaycan Badminton Federasiyası hazırda Avropada ən yaxşılardan sayılır”.
Daha sonra çıxış edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə ölkəmizin təkcə idman nailiyyətləri ilə deyil, həm də mötəbər idman tədbirlərini yüksək səviyyədə təşkil etməsi ilə dünyada tanındığını bildirib. Avropa Badminton Konfederasiyasının konqresinin Azərbaycan badmintonu tarixində ilk dəfə Bakıda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edən Taleh Ziyadov bu tədbirin ölkəmizdə təşkil olunmasının badmintonun gələcək inkişafı baxımından yeni imkanlar açdığını deyib.
Xatırladaq ki, 21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir.  
Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı Avropa Badminton Konfederasiyasına prezident seçkiləri keçiriləcək. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.






Starxeber Bizi instagramda izləyin