14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Varşavada “Azərbaycanda Polşa irsinin inciləri” sərgi açılıb
Siyasət 19.04.2023 109


Milli Məclisin sədri Sahibə Qafarova və Polşa Respublikası Seyminin sədri Elzbieta Vitek Varşava şəhərində Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində iştirak ediblər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrini salamlayan Elzbieta Vitek bu cür tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini, xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, belə tədbirlər xalqlarımızın mədəni dəyərlərinin təbliğ olunmasına da imkan verir.

Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova sərgiyə ev sahibliyi etdiyinə görə Polşa Respublikası Seyminin sədri Elzbieta Vitekə minnətdarlığını bildirib.

Milli Məclisin spikeri Şərqlə Qərbin qovuşduğu Azərbaycanın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb: "Azərbaycanda böyük sivilizasiyalar mövcud olub, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm və tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissəsinə çevrilib".

Məhz bu fonda Azərbaycanda mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan Sahibə Qafarova polyakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühəndis, müəllim, hərbçi, sahibkar və dövlət xadimi kimi fərqləndiklərini qeyd edib.

Spiker diqqətə çatdırıb ki, polyaklar müsəlman Şərqində və türk dünyasında ilk dünyəvi, parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində iştirak ediblər: "Polyaklar demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunub və ümumi Vətənimiz Azərbaycanı qorumaq üçün səylərini əsirgəməyiblər. Həmin dövrdə Azərbaycan Parlamentində milli azlıqları təmsil edən deputatlardan biri məhz polyak milli şurasının nümayəndəsi Stanislav Vonsoviç olub".

Milli Məclisin sədri, polyak əsilli görkəmli şəxsiyyətlər arasında 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakının özünəməxsus gözəlliyinin yaradılmasında möhtəşəm irs qoymuş polyak memarların rolunu xüsusilə vurğulayıb və paytaxtımızda, həmçinin, bir sıra digər şəhər və rayonlarımızda inşa edilən binaların müəllifi olan polyak memarlar haqqında məlumat verib.

Sərgidə də bu məşhur polyak memarların şah əsərlərinin böyük məmnuniyyətlə iştirakçıların diqqətinə təqdim edildiyini deyən Sahibə Qafarova tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə və sərgiyə gələnlərə təşəkkürünü bildirib.






Starxeber Bizi instagramda izləyin