14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
"Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın" - İHİMM-nən SƏRT REAKSİYA
Sosial 17.04.2023 212

14 aprel 2023-cü il tarixdə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.




Operativ24 xəbər verir ki, "İnsan Hüquqları İnkişafı və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi bu barədə məlumat yayıb.



Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribatı kimi ölkəmizə qarşı nifrət hissi olaraq, dövlət bayrağımıza qarşı bu xoşagəlməz cinayəti kəskin şəkildə pisləyərək etiraz edirik.


Ermənistan məhz bu vandal davranışı ilə bir daha dünya ictimaiyyətinə qarşı hörmətsizlik nümayiş etdirməklə öz iç üzünü açıq şəkildə göstərmişdir.



Bu hərəkət təkcə Azərbaycan Respublikasına qarşı deyil, bütövlükdə bütün sivil dövlətlərə və xalqlara ünvanlanmış bir mesajdır.



Çox təəsüf ki, hələ də dünyaya özlərini yazıq, soyqırıma məruz qalmış xalq kimi təqdim edən ermənilərin əsl üzlərini görüb olduqları kimi qiymətləndirmək əvəzinə, hələ dünya birliyi bu cür haqsızlığa dözür, səbr edir.



Vaxtında bu cür halların qarşısı alınmazsa gələcəkdə daha ağır nəticələrə səbəb olan hadisələr qaçılmaz olacaq.



Tələb edirik ki, Ermənistanın beynəlxalq yarışların və turnirlərin keçirilməsi ilə bağlı bütün hüquqlarına veto qoyulsun.



Azərbaycan bayrağını yandıran Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın.

Rəsmi şəkildə Ermənistan Azərbaycan dövlətindən və xalqından üzr istəsin.






Starxeber Bizi instagramda izləyin