14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin dörddəbir finalçıları ilə görüş keçirilib
İdman 14.04.2023 179

Aprelin 14-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin dörddəbir finalçıları ilə görüş keçirilib. Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov turnirin qrup oyunlarının yekunları və finala hazırlıq barədə məlumat verib. 


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə ötən il noyabrın 18-dən start götürən turnirdə 52 dövlət qurumu təmsil olunub. İlk dəfə olaraq dövlət qurumlarının iştirakı ilə təşkil edilən bu turnir böyük maraqla qarşılanıb. İlkin mərhələnin qrup oyunlarından sonra 32 komanda mübarizəni “Play-off”da davam etdirib. 16 komandanın iştirakı ilə keçən ikinci qrup mərhələsinin 8 qalibi isə aprelin 15-16-da ¼ finalda yarışacaqlar.

Gərgin mübarizə şəraitində davam edən turnirdə yarımfinal qarşılaşmaları aprelin 30-da keçiriləcək. Qalib və mükafatçılar isə mayın 7-də məlum olacaq. Yekunda ilk 4 yeri tutan komandalara, müxtəlif nominasiyalar üzrə qaliblərə kubok və qiymətli hədiyyələr təqdim ediləcək.

Görüşdə qurumların nümayəndələrinin sualları cavablandırılıb və təklifləri dinlənilib.






Starxeber Bizi instagramda izləyin