22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hərbi attaşelər FHN Akademiyasında olublar
Sosial 14.04.2023 142

Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olublar.


Bu barədə Operativ24-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Nazirliyin Baş hərbi eksperti polkovnik Fərhad Səmədovun iştirakı ilə keçirilən görüşə Türkiyə, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Bolqarıstan, Çin, Rusiya Federasiyası, Qazaxıstan, Koreya, Pakistan, Ukrayna, Polşa, Belarus, Rumıniya və Səudiyyə Ərəbistanı səfirliklərinin hərbi attaşeləri qatılıblar.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaqları səmimi salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində qısa müddət ərzində Akademiyanın müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb.

Akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verən B.Salayev ali təhsil müəssisəsində tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlandığını, fövqəladə halların qarşısının alınması ilə bağlı fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb.

O, tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və sağlam həyat tərzi keçirmələrinə xüsusi diqqət göstərildiyini vurğulayıb. Həmçinin, B.Salayev ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edib, Akademiyanın fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsindən danışıb.

Sonra Akademiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra hərbi attaşelər Akademiyanın Heydər Əliyev Mərkəzinə və Muzeyinə baş çəkib, fənn kabinetləri, laboratoriyalar, kitabxana, tədris və təlim bazası, tibb müəssisəsi və kursantların yataqxanası ilə yaxından tanış olublar.

Qonaqlar həmçinin Nazirliyin İdman-sağlamlıq klubunda da olublar.

Səmimi görüşə görə təşəkkür edən hərbi attaşelər peşəkar kadrların hazırlanması üçün yaradılmış yüksək səviyyəli şəraitin təqdirəlayiq olduğunu vurğulayıb və FHN Akademiyasının kollektivinə uğurlar






Starxeber Bizi instagramda izləyin