22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Azərbaycanda qida subyektləri öz məhsulları barədə tam və etibarlı məlumat verməli olacaqlar - QƏRAR
Sosial 14.04.2023 170


Qida məhsulların izlənilməsinə dair ümumi tələblər müəyyənləşib.

Operativ24 xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nda əks olunub.

Belə ki, qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri, öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının, bu Qaydanın 2.2-ci bəndi nəzərə alınmaqla məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi ilə bağlı məlumatları sənədləşdirməlidirlər.

Qida subyektindən bazarda, pərakəndə ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və ya məhsulların son istehlakçıya ötürülməsini həyata keçirən digər obyektlərdə məhsulların təqdim edildiyi istehlakçılar (istifadəçilər) barədə məlumatların sənədləşdirilməsi tələb olunmur.

Hər bir qida subyekti öz məhsulları ilə təchiz etdiyi subyektlərə məhsulları barədə tam və etibarlı identikləşdirilmə məlumatlarını təqdim etməlidir. Qida subyekti qanuna uyğun olaraq qeydiyyata alınmamış və ya təsdiq edilməmiş təchizatçıdan məhsulları qəbul etməməli və həmin subyektləri məhsulları ilə təchiz etməməlidir.

Məhsullarının izlənilməsi məqsədilə qida subyektləri aşağıdakıları təmin etməlidirlər:

- bu Qaydanın tələblərinə cavab verən izləmə sistemi və prosedurlarını formalaşdırıb tətbiq etmək, təkmilləşdirmək və onların davamlı fəaliyyətini təmin etmək;

- qəbul edilən məhsulların təchizatçısını və məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirmək;

- bu Qaydanın 2.6-cı bəndi ilə müəyyən edilən məlumatları özündə ehtiva edən sənədləri tərtib etmək, həmin sənədləri məhsulların yararlılıq müddəti bitdikdən (qida məhsulları əldə edilən heyvanlara münasibətdə isə təchiz edildiyi və ya ötürüldüyü tarixdən) sonra 1 (bir) il müddətində saxlamaq;

- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) tələbi əsasında bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş sənədləri, habelə izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etmək;

- ildə bir dəfədən az olmamaqla, izləmə sisteminin və prosedurlarının işlək olmasını yoxlamaq və izlənilən məhsulları, habelə həmin məhsullarla bağlı müəyyən edilən təchizatçıları və təchiz etdiyi subyektləri qeyd etməklə yoxlama nəticələrini aktla sənədləşdirmək.

Qida subyekti aşağıdakı izləmə məlumatlarını özündə ehtiva edən sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir:

- qəbul edilən və ya ötürülən məhsulun identikləşdirilmə məlumatları, miqdarı və ya həcmi və izlənilməsi üçün qida subyekti tərəfindən zəruri hesab edilən digər məlumatlar;

- qəbul edilən məhsulun təchizatçısının və ya məhsul ilə təchiz etdiyi subyektlərin qeydiyyatı və ya təsdiqi ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışının nömrəsi, adı, ünvanı və əlaqə vasitələri;

- qida və yem məhsullarının partiyasının ilkin istehsalı, istehsalı, emalı və qablaşdırılması zamanı istifadə olunan məhsulun müəssisə daxilində hərəkət ardıcıllığı ilə bağlı məlumat;

- məhsulun qəbulu və ya ötürülməsi tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);

- qəbul edilən və ya ötürülən məhsul qida əldə edilən diri heyvan, heyvan əti və subməhsulları olduqda həmin heyvanın, o cümlədən məhsulların əldə olunduğu heyvanın identikləşdirilmə şəhadətnaməsi barədə məlumat;

- Məhsulla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş aşağıdakı müvafiq icazə sənədləri barədə məlumatlar:

1. idxal sağlamlıq aktı;

2. sağlamlıq sertifikatı;

3. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;

4. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;

5. daxili karantin sertifikatı;

6. ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan).






Starxeber Bizi instagramda izləyin