14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
Sosial 14.04.2023 119

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.



Operativ24 xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Eyni zamanda 2023-cü il üzrə Fondun Fəaliyyət Planı müzakirə edilərək təsdiqlənib. Həmçinin, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və video təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib.

Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.

Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.

İclasda həmçinin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb.

Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaqdır.

Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.






Starxeber Bizi instagramda izləyin